Maraq dünyası
Dahilər və uzunömürlülər hansı aylarda dünyaya gəlir? - ARAŞDIRMA
Elm adamları astrologiya və doğum tarixinin insanın taleyinə təsir etdiyinə dair inanclara qətiliklə qarşı çıxırlar. Buna baxmayaraq, qışda doğulanların daha uzun yaşadığı, payız uşaqlarının məktəbdə daha yaxşı oxuduğu və yazın sonunda anadan olanların idmanda böyük uğurlar qazandığı iddia edilib. Yalnız bütün bunların rasional izahı var.
Publika.az xəbər verir ki, avqust ayında doğulanların Fransa, Belçika və ya Niderland milli futbol komandasında oyunçu olmaq şansı var. Sentyabr-noyabr aylarında anadan olmusunuzsa, İngiltərə Premyer Liqasını hədəfləyin. Uşağınızın uğurlu xokkeyçi olmasını istəyirsinizsə, doğuşu ilin ilk yarısına planlaşdırın. Bunlar bir astroloqun tövsiyələri deyil, bir neçə elmi araşdırmadan əldə edilən nəticələrdir.
Məsələn, Belçika, Fransa və Niderlandda futbolçuların doğum günləri əsasən avqusta düşür, sonra onların sayı tədricən azalır və iyul ayında minimum səviyyəyə çatır. İngiltərə Premyer Liqasında oyunçuların ad günləri payıza təsadüf edir, ingilis futbolunun indiki ulduzları arasında may-avqust aylarında doğulanlar yoxdur. Kanada xokkeyçiləri əksinə, ümumiyyətlə ilin birinci yarısında - yanvar-may aylarında dünyaya gəlirlər.
“Belə nümunələr saxta və ya mənasız ola bilər, amma gözlənilən effektin nəzəri izahını təqdim etməyə çalışacağıq. Məsələn, şəxsin nə vaxt doğulduğundan asılı olaraq gələcək uğurları və sonrakı karyerasına dair müəyyən proqnozlar vermək olar. Uşağın məktəbdə həmyaşıdları arasında nə qədər böyük və ya kiçik olması da rol oynayır. Uşaqlıqda bir neçə aylıq fərq çox kritikdir”, - Biologiya üzrə fəlsəfə doktoru, Maarifçi mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının üzvü Aleksandr Pançin izah edib.
Elmdə idmançıların doğum günlərinin bu asimmetrik paylanması nisbi yaş effekti (RAE) adlanır. Tədqiqatlara görə, RAE dünyanın demək olar ki, bütün ölkələrində idman federasiyaları üçün xarakterikdir. Rusiyada ilin birinci yarısında, xüsusən yanvar ayında doğulanlar arasında futbolçular üstünlük təşkil edir.
RAE səbəbi belə izah edir: futbol məktəbləri qəbul zamanı yalnız uşağın doğum ilinə diqqət yetirir. Buna görə yanvar ayında doğulan idmançılar əhəmiyyətli üstünlük əldə edirlər.
Payızın uzunömürlüləri
Doğum tarixi ömrün uzunluğuna da təsir göstərə bilər. Payız və qışda doğulanlar daha uzun yaşayırlar. Ən pisi mart ayında doğulmuş körpələrdir, bunların yalnız dörd faizi yüz yaşa qədər yaşayır.
“Yenə də bu nəticələrin nə qədər dəqiq olub-olmadığı aydın deyil. Ancaq araşdırmada 19-cu əsrin sonlarında doğulmuş insanların məlumatlarından istifadə edilib. O dövrdə payızın sonlarında və qışda mövsümi infeksiyalar, eynilə soyuqdəymə nəticəsində körpə ölümünün artması müşahidə edilib. Güclü körpələr şəraiti pis olan ailələrdə belə sağ qalıb. Və onların uzunömürlülüyü üçün daha çox şansı var”, - A.Pançin qeyd edib.
Bremen Ceykobs Universitetinin (Almaniya) professoru Aleksandr Lerçlanın qənaətinə görə, oktyabr-dekabr aylarında dünyaya gələn almanlar da may-iyun aylarında doğulanlardan orta hesabla daha uzun yaşayır. Oxşar məlumatlar Berkli (Kaliforniya) Universitetinin tədqiqatçıları tərəfindən də Yerin müxtəlif yarımkürələrində yaşayan əhalinin ömür müddətini müqayisə edərkən əldə edilib. Məlum olub ki, Avstriya və Danimarkada yüz yaşına çatmış insanlar daha çox sentyabr-dekabr, avstraliyalılar isə mart-iyun aylarında dünyaya gəlirlər.
Bunun ən çox ehtimal olunan izahlarından biri hamiləlik dövründə qəbul edilən qidalardır. Payız və qışda doğuş edən qadınlar isti mövsümdə daha çox meyvə-tərəvəzə üstünlük verir. Bu da uşaqlarda sağlam dad vərdişləri meydana gətirir. Bunu eksperimental olaraq təsdiqləmək mümkün deyil, ancaq müəyyən fərziyyə ilə siçovulların üzərində aparılan araşdırmanı nümunə kimi göstərə bilərik. Bir qadın hamiləlik dövründə yağlı, kalorili qidalar qəbul edirsə, onun dünyaya gələn övladı da sonradan zərərli qidaya meylli olacaq və piylənmədən əziyyət çəkəcək.
Ağıllı hamiləlik planlaması
Milli İqtisadi Tədqiqatlar Bürosunun (ABŞ) məlumatına görə, ən ağıllı və bacarıqlı uşaqlar sentyabr ayında doğulur. Tədqiqatçılar altı ilə on beş yaş arasında bir milyondan çox şagirdin performansını təhlil edib. Məlum olub ki, avqust ayının uşaqları ən aşağı göstəricilərə sahibdir və sentyabr ayında anadan olanlar nəinki məktəbdə yaxşı qiymət alır, həm də daha nüfuzlu kollec və universitetlərdə ali təhsil qazanır.
Alimlərin sözlərinə görə, amerikalı uşaqlar altı yaşında məktəbə gedirlər, odur ki, sentyabrdan dekabr ayına qədər doğulanların cüzi üstünlüyü var: onlar yaz və yayda doğulan sinif yoldaşlarından bir neçə ay böyükdür, bu da ibtidai siniflərdə akademik göstəricilərə ciddi təsir edə bilər.
Bundan əlavə, tədqiqatçılar sentyabr ayında doğulanlar arasında yüksək gəlirli ailələrdən olan uşaqların daha çox olduğunu təsbit edib.
Dahilər və ulduzlar
Dahiliyin doğum tarixi ilə əlaqəsi bir dəfədən çox öyrənilib, lakin elm adamları müəyyən nəticələrə gələ bilməyib. Bəziləri elm adamlarının doğum ili ilə Nobel mükafatı verilməsi arasında əlaqə tapıb. Digərləri zəka səviyyəsinin doğulduğu mövsümlə əlaqələndirilməsinə qarşı çıxır.
“Doğum tarixi ilə insanın görkəmli elm adamı olması faktı arasındakı əlaqə haqqında məlumatlar əsasən fərziyyələrə söykənir. Hər hansı tədqiqat ilk növbədə müstəqil nümunələrdə çoxalmalıdır. İkincisi, hər zaman göstərilən münasibətlər üçün alternativ izahları yoxlamağa çalışmaq lazımdır”, - deyə Pançin yekunda qeyd edib.
Aytən Məftun
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI