Maraq dünyası
Keçi qoruyucu maska taxmadığı ittihamı ilə polis bölməsinə aparıldı
Hindistanda qəribə olay yaşanıb.
Publika.az xəbər verir ki, Uttar Pradeş əyalətinin Kanpur bölgəsində keçi polis tərəfindən qoruyucu maska taxmadığı ittihamı ilə saxlanılıb.
Polislər heyvanı bölməyə aparıb. Keçinin sahibi olaydan xəbər tutar-tutmaz dərhal polis bölməsinə gedib.
Polis keçi sahibinin yalvarmasından sonra heyvanı maskasız gəzdirməmək şərtilə sərbəst buraxıb.
“Times Now New”nun məlumatına görə, xəbərin sosial mediada gündəm olmasından sonra polisdən verilən açıqlama dəyişdirilib. Onlar əslində maska taxmaq istəməyən adamı saxlamaq istədiklərini bildirib: “Maskasız gənci keçinin yanında gördük. O, polisi görüncə keçini qoyub qaçdı. Buna görə də keçini polis bölməsinə apardıq. Daha sonra heyvanı sahibinə təhvil verdik”.
Lakin keçini aparan polislərdən biri onun maskasız gəzməsini qayda pozuntusu kimi gördüyünü etiraf edib: “İnsanlar pandemiya dövründə itlərinə belə maska taxırlar. Keçiyə niyə taxılmasın?”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
