Maraq dünyası
Hitlerin 101 yaşlı qonşusu uzunömürlülüyün sirrini açdı: Qırmızı şərab və...
Britaniyanın 101 yaşlı sakini, bir zamanlar nasist Almaniyasının lideri Adolf Hitlerlə Münhendə on il çoxmənzilli binada yaşamış yəhudi əsilli Elis Frank-Stok uzunömürlülüyün sirlərini açıqlayıb.
Bu barədə “Bristol Live” nəşri bildirib.
Qadın bildirib ki, uzunömürlü olmaq üçün maksimum çox gəzmək, hərəkətdə olmaq lazımdır.
"Daha çox gəzin, səfərlərə çıxın və bəzən qırmızı şərabdan istifadə edin”, - uzunömürlü qadın deyib.
Elis Frank-Stok 1918-ci ilin dekabrında atasının prokuror işlədiyi Almaniyanın Auqsburq adlı şəhərciyində doğulub. O, üç aylıq olanda ailəsi Münhenə köçüb və atası hakim işləməyə başlayıb. Elis Frank-Stok 1920-ci ildən 1930-cu ilə qədər Hitlerlə bir binada yaşayıb.
Onun sözlərinə görə, Hitler kifayət qədər qapalı insan olub, həyatına sui-qəsddən qorxub.
O, hakimiyyətə gəldikdə Elis Frank-Stok Londona oxumağa gedib. Onun valideynləri 1938-ci ildə möcüzə ilə Almaniyadan qızlarının yanına qaça biliblər. Elis və valideynləri heç vaxt Almaniyaya qayıtmayıblar. (report)
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


