Maraq dünyası
Zelenskinin təbrik etdiyi azərbaycanlı: Nəsibov kimdir?
Publika.az xəbər verir ki, Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhur olan, amma azərbaycanlı olduğunu çox azımızın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs Ukrayna idmanının ən tanınmış simalarından biridir.
Pərviz Nəsibov – Azərbaycan əsilli ukraynalı yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Pərviz Paşa oğlu Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Pərviz altı yaşına qədər Muğanlıda yaşayıb. Müsahibələrindən birində dediyinə görə, idman karyerasına da doğma kəndində başlayıb. Bir il burada sərbəst güləşlə məşğul olub.
2004-cü ildə Pərviz ailəsi ilə birlikdə Ukraynanın Nikolayev şəhərinə köçüb. İdman karyerasına burada davam etdirmək qərarı verən Pərviz Ukraynada yunan-Roma üslubuna keçib.
Karyerasındakı uğurları
O, 2017-ci ilin mart ayında İranda keçirilən Dünya Kubokunda iştirak edib. Milli komanda yarışlarda altıncı yerdə qərarlaşsa da, bütün döyüşlərdə məğlubiyyətsiz mübarizə aparan yeganə ukraynalı güləşçi olub.
Pərviz həmin ilin iyul ayında Almaniyanın Dortmund şəhərində keçirilən yarışların finalında gürcü Georgi Kurtanidzeni məğlub edərək yeniyetmələr arasında Avropa çempionu titulunu aktivinə yazdırıb. 2018-ci ilin sentyabrında Slovakiyanın Trnava şəhərində yeniyetmələrin Dünya Çempionatında bürünc medal qazanıb.
Pərviz Nəsibov 2021-ci ilin may ayında Bolqarıstanın Sofiya şəhərində keçirilən turnirdə Tokio Olimpiya Oyunlarına vəsiqə alıb. Tokio olimpiadasının finalınadək məğlubiyyətsiz irəliləyən Nəsibov burada uduzmasına baxmayaraq, Ukraynaya gümüş medal qazandırıb. Bu, Pərvizin böyüklər arasında qazandığı ilk böyük makafatdır. İdmançı əvvəllər dünya və Avropa çempionatlarında yalnız gənclər səviyyəsində medallara sahib olub.
Zelenskinin təbriki
Ukrayna Prezidenti Vladimir Zelenski matçdan sonra ölkəsinə Olimpiya Oyunlarında gümüş medal qazandıran Pərviz Nəsibovu təbrik edib:
“Ukrayna üçün daha bir medal... Yunan-Roma güləşçisi Pərviz Nəsibov olimpiadada uğurlu çıxış edib gümüş medal qazandı. Səmimi təbriklərimi çatdırıram”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)


















.jpg)
.jpg)

