Maraq dünyası
Eynşteyn 5 yadplanetli cəsədi yarıb? - ŞOK İDDİA
Yadplanetlilərin varlığı ilk dəfə 1947 -ci ildə “Roswell” hadisəsi ilə həyatımıza girsə də, onların varlığı tam şəkildə isbat olunmayıb. Albert Eynşteynin köməkçisi Dr. Shirley Wrightın ölməzdən əvvəl verdiyi ifadələr yadplanetlilər haqqında düşüncələri tamamilə alt-üst edib.
Publika.az Musavat.com-a istinadla sözügedən hadisənin detallarını təqdim edir.
Məşhur fizik Albert Eynşteynin ömrü boyu yadplanetlilərə inandığını söyləsə də təbii ki, bu mövzuda dəqiq məlumatlar yoxdur. Eynşteynin köməkçisi Dr. Shirley Wrightın ifadələrinə görə, o, 1947 -ci ildə “Roswell” UFO hadisəsində tutulan 5 yadplanetlini incələyib.
![]()
“The Sun” qəzetində həmin dönəmlərdə yer alan bir xəbərə görə, Albert Eynşteyn 1947 -ci ildə “Roswell” UFO qəzasına şəxsən çağırılıb. Eynşteynin yadplanetlilərlə bağlı fikirlərini ifadə edən Wright, məşhur fizikin bu vəziyyəti son dərəcə normal qarşıladığını söyləyib.
![]()
Məşhur UFO tədqiqatçısı Sheila Franklinə 2015 -ci ildə ölmədən əvvəl müsahibə verən Wright, Eynşteynin bu tədqiqatda iştirak etməsinin səbəbini də açıqlayıb. O bildirib ki, Eynşteyn kainat haqqında daha çox şey öyrənmək üçün belə bir addım atıb.
Eynşteynlə birlikdə analizdə iştirak edən Wright 5 yadplanetlinin görünüşləri haqqında da bunları deyib: “5 yadplanetli ələ keçirilmişdi. Hamısı bir birinə bənzəyirdi. Hündürlüyü təxminən 1,5 metr, saçları isə yox idi. Nəhəng qara gözləri vardı. Başları olduqca böyük idi. Dəriləri bir qədər yaşılımtıl və boz rəngdə idi. Dar paltarlar geyinmişdilər”.
![]()
Səlahiyyətlilərin istəyi ilə bir hesabat hazırlayan Eynşteyn Wrighta bu mövzunu heç kimlə paylaşmamalı olduğunu söyləyib. Wright ölümündən bir neçə gün əvvəl bu həqiqətləri paylaşsa da, hadisəni illərlə ört-basdır edib.
Hər zaman Marsda və digər planetlərdə həyatın olduğuna inanan Eynşteyn, tarixdəki ilk yadplanetlini şəxsən araşdırsa da, köməkçisinin söylədiyi bu ifadələrdən başqa proses barədə məlumat yoxdur.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





.jpg)















.jpg)


