Hədəf Nyu-York idi: Dünyanın ən böyük tankı - Nasistlərin gizli texnologiyaları
Bizi izləyin

Maraq dünyası

Hədəf Nyu-York idi: Dünyanın ən böyük tankı - Nasistlərin gizli texnologiyaları

Nasistlərin gizli araşdırmalar apardıqları, müxtəlif texnoloji yeniliklər işlədikləri, hətta insanlar üzərində qadağan olunmuş təcrübələr apardıqları barədə illərdir danışılır. Nasistlər dövründə elm, texnologiya və sənaye çiçəkləndi, çünki Adolf Hitler faydalı olacaq (müharibədə istifadə etmək üçün) çoxlu ixtiralar istəyirdi. Beləliklə, çox vacib ixtiraların inkişafı müharibəyə xidmət etmədiyi üçün yavaşladı. Bununla belə, tibb, texnologiya, sənaye kimi sahələrdə böyük inkişaflar oldu. Əslində bütün bunların əsası nasistlərin dövründə qoyulmamışdı. Bunun bünövrəsi Veymar Respublikasında, yəni birinci Dünya müharibəsindən sonra qoyulmuş, nasistlərin dövründ isə inkişaf etmişdir.

Publika.az nasistlərin texnoloji yenilikləri ilə bağlı bilinməyən məlumatları təqdim edir.

7 iyun 1945-ci ildə New York Times qəzetində çıxan xəbər belə idi: “Uçan boşqablar gizli silahdır. Almanlar tərəfindən istehsal edilmiş və ölkənin qərb sərhədində yaranmışdır. Amerika Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, Almaniya səmasında gümüş şarların uçduğu görünüb. Hətta, onların bəziləri demək olar ki, şəffaf rəngdədir”.

Mediada yayılan xəbərlərdən sonra bütün dünyada UNO-lar barədə xəbərlər çoxaldı və bu uçan boşqabların Almaniya istehsalı silah olması barədə şayiələr sürətlə yayıldı. İnsanlar Alman müdafiə sənayesinin bu qəribə əşyaları istehsal etdiyinə inanırdılar. UNO müşahidələri sürətlə artarkən, xüsusilə Skandinaviya səmalarını uçan gəmilər tez-tez ziyarət edirdi. Hətta, o zamanlar Skandinaviyada alman qarnizonları yaradıldı və müharibənin sonuna qədər bölgədə qaldı.

Almanlar artıq 1941 və 1942-ci illərdə dairəvi təyyarələrin istehsalına başlamışdılar. Ancaq ilk cəhdlərdə böyük səhvləri aşkar edildi. V-1, V-2, V-4-dən sonra mühəndis Richard Miethe 1942-ci ildə italyan alimi Cüzeppe Bellonzo ilə V-7-nin yeni modeli üzərində işləməyə başladı.

Zaman keçdikcə Hitlerin də dəstəyini alan Miethe-Bellonzo komandası Schriever-Habermohl ilə birgə araşdırmaya başladı. Beləliklə, inanılmaz əfsanəvi V-7 ortaya çıxdı. İlk uçuş cəhdi 20.813, ikinci uçuş isə 24.200 metrə qədər idi. Digər tərəfdən “Vril” olaraq bilinən uçan disklər layihəsi davam etdi. Bu layihənin memarı Schumann qrupu idi və möcüzə silahları üzrə ixtisaslaşmış “SS E-4” bölməsi tərəfindən dəstəkləndi. Vril-1 seriyasında 17 obyektin istehsal edildiyi məlumdur. Disklərin diametri 11,56 metr idi və saatda 2900 kilometr sürətə çata bilirdi. Qəribədir ki, Vril-1 və Vril-9-un görünüşü Amerikalı astronavt Edvin Aldrige tərəfindən Ay səthində görülən obyektlərə çox bənzəyirdi.

ABŞ-ın “Ranker” media şirkətinin məqaləsində deyilir ki, alman alimləri nüvə reaktorunun tikintisi, izotopların ayrılması və ağır su istehsalı sahəsində mühüm işlər görüblər. Yəni Almaniya nüvə silahı bu sahədə Amerika ilə rəqabət aparırdı. Ancaq hökumət qərarları, yəhudi alimlərinin qovulması, elm adamlarının müharibəyə göndərilməsi kimi bir çox hal faşist Almaniyasının nüvə bombası üçün lazım olan irəliləyişləri əldə etməsinə mane oldu. Lakin onun tapıntıları daha sonra soyuq müharibə dövründə müttəfiqlərin nüvə silahı tədqiqatlarının açarı oldu. Bundan əlavə, nasistlər nüvə tədqiqatları proqramı çərçivəsində yüzlərlə kubmetr uran hasil etmişdilər. Lakin faşistlər müharibəni uduzduqdan sonra bunlar yoxa çıxdı. Alimlər hələ də uran axtarışlarını davam etdirirlər.

Kod adı "Silbervogel" olan alman layihəsi Almaniyadan start götürüb 90 mil yüksəkliyə çatacaqdı. Beləliklə, bu, ABŞ-ın böyük şəhərlərindən birini, Nyu-Yorku bombalaya bilən təyyarənin nəzəri dizayn idi.

Təyyarə külək tunelinin maketi qədər uzağa getdi. Dizayn üzərində iş hətta bu gün raket və ramjet texnologiyasına təsir etməkdə davam edir.

Alman tank texnologiyası İkinci dünya müharibəsində məğlubedilməz idi. Ancaq onsuz da üstün olan maşınlardan başqa, Almaniya müxtəlif ağır, super ağır və nəhəng tanklar üzərində işləyirdi. Bunlardan ən məşhurları müvafiq olaraq 1000 və 1500 ton ağırlığında olan “P.1000 Ratte” və “P.1500 Monster” tankları idi. Bu iki nəhəng tank donanma silahları ilə təchiz edilmişdi. Ancaq bu layihələr reallaşa bilmədi və tanklar maket mərhələsində qaldı. Lakin onlar istehsal olunsaydı, bəlkə də ağır bombardmanlardan başqa heç bir vasitə ilə məhv edilə bilməzdi.

1930-cu illərin sonlarında almanlar sürəti saatda 1125 kilometrə çatan “Messerschmitt Me 163 Komet” adlı reaktiv təyyarə hazırladılar. Bu dövrdə ABŞ-da ən sürətli təyyarələr 700 km/saatdan yuxarı qalxa bilmirdilər. Nasistlər 300-dən çox "Komet" istehsal etdilər və onlara 30 mm-lik bombardmançı silahlar quraşdırdılar. “Komet”in sürəti həm üstünlük, həm də çatışmazlıq idi. Düşmən silahlarından yayınmaq üçün kifayət qədər sürətlə hərəkət edən Komet məhz çox sürətli olduğu üçün düşmən təyyarələri ilə döyüşə girə bilmədi.

Nasist alimləri “Die Glocke” kimi tanınan ultra məxfi layihə üzərində də işləyirdilər. Bu layihənin məqsədi antiqravitasiya texnologiyasını inkişaf etdirmək idi.

Polşa yazıçısı İqor Vitkovski nasist zabitinin sorğu-sualından əldə edilən transkriptə çıxışı olduğunu iddia edirdi. Buna əsaslanaraq o, nasistlərin zəng formalı nəqliyyat vasitəsini havada saxlamaqda uğur qazandıqlarını irəli sürdü. Bu avtomobil qırmızı civənin gücündən istifadə edərək yerdən özü-özünü qaldırıb motorsuz hərəkət edə bilirdi.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm