Maraq dünyası
Fransız tərbiyəsinin 6 QIZIL PRİNSİPİ
Fransız valideynlər rahat və xoşbəxt görünürlər, uşaqları ilə vaxt keçirməkdən zövq alırlar və övladlarının şıltaqlığı onları hövsələdən çıxartmır. Onlar özlərinə güvənir, uşağın tələb və istəyinə uymur, eyni zamanda qəddarlığa yol vermir, iradəli və mehriban davranırlar: “Burada mən qərar verirəm”. İnanılmaz səslənsə də, uşaqlar onlara tabe olurlar, süfrəyə qoyulan yeməyi itələyib “Bunu istəmirəm” demirlər. Bəs fransızlar bunu necə bacırırlar?
Publika.az oxucuları fransız tərbiyəsinin 6 qızıl prinsipi ilə tanış edib.
Sərhədlər sərtdir
Qaydalar yemək, nəzakət və ünsiyyətə aiddir. Heç bir halda uşaqların (hətta azyaşlıların) valideynlərinə qarşı çıxmalarına icazə verilmir. Masada mütləq hər şeyi dadmalısan, heç olmasa bir tikə.
1. Saat 19:00-dan sonra otağına gedə bilərsən, amma orada ürəyin istədiyin işlə məşğul olmağa icazə verilir.
2. Ana xırda-mırda oyuncaqlar almır, ancaq cib xərcliyinizlə istədiyiniz bir şeyi ala bilərsiniz. Adətən bu məbləğ uşağın yaşına uyğun verilir.
3. Evdən çıxanda paltarını dəyişməni istəyə bilərəm, amma evdə nə istəyirsən geyin.
4 sehrli söz
Fransada ən vacib 4 söz var: salam, sağ ol, təşəkkür edirəm və xahiş edirəm.
Uşaq “bonjour” deyirsə, deməli, o, artıq görməzdən gələ bilmədiyiniz bir şəxsiyyət kimi formalaşıb. Bu, kiçik bir fransız təşəbbüsüdür. Uşaq hələ danışmağı bacarmırsa, valideynlər sizinlə onun da əvəzinə salamlaşacaqlar. Əgər uşaq qəfildən hörmətsizlik etsə, nə valideynləri, nə də ətrafındakılar buna dözüm nümayiş etdirməyəcək.
Fransada uşağı danışmağa həvəsləndirirlər, amma cəfəngiyyatı dəstəkləmirlər, hətta şirin səslənsə belə. Uşaq danışmağı öyrənən kimi ona izah edirlər ki, dediyin hər şeyin məsuliyyətini daşıyırsan. Odur ki, sözü deməzdən əvvəl düşünmək lazımdır. Bunu deməyə dəyər, ya yox. Onda sizi maraqla dinləyəcəklər. Mənasız söhbətlərə isə dözümsüzdülər...
Gözləmə mədəniyyəti
Bir anlıq şıltaqlıqların qulu olmamaq üçün gözləmək, xəyal qırıqlığının öhdəsindən gəlmək və səbirli olmaq mədəniyyəti fransızlar üçün yemək və dəb qədər dəyərlidir. Valideynlər uşaqlara özlərini idarə etməyi öz timsalında öyrədirlər. Əgər balaca qız kitabları yerə səpələyibsə, anası onun yanına oturacaq və gözlərinin içinə baxaraq sakitcə deyəcək: “Biz kitabları səpmirik, diqqətlə rəflərə qoyuruq”. Uşaqda hər hansı bir işə həvəs oyatmaq istəyirsinizsə, ona nümunə olun. Məsələn, “Gəl kitabları birlikdə yığıb rəfə qoyaq” deyə bilərsiniz.
Valideynlər uşağa göstərirlər ki, dünya sənin ətrafında fırlanmır. Onlar uşağın ilk çağırışında dərhal başına dolanmırlar, ancaq zəruri hallarda müşahidə və müdaxilə edirlər. Uşaq ananın diqqətini yayındırsa, eyni şəkildə reaksiya verəcək: “İndi məşğulam, amma bir neçə dəqiqədən sonra sənə qoşula bilərəm. Gözlə”.
Uşağın qidalanması
Bütün fransızlar eyni vaxtda yemək yeyirlər: səhər 08:00, nahar 12:00, günorta çayı 16:00 və axşam yeməyi 20:00. Yeməklər arasında qəlyanaltılar yoxdur, buna görə də uşaqlar ac olur və yemək saatlarında yaxşı yeyirlər.
Uşaq körpəlikdən bütün həyatı boyu riayət edəcəyi rasiona alışır. Səhər yeməyində uşaqlara meyvə və içərisində isti şokolad olan kurasan təklif olunur. Naharda tərəvəz, isti və pendirli tost. Günortadan sonra qəlyanaltıda bir keks yeyə bilərsiniz, ana isə özünə bir fincan qəhvə süzəcək. Naharda ət, balıq və təzə tərəvəzlər üstünlük təşkil edir. Yeməyin yanında yalnız adi su təklif olunur.
Ailə tətilə çıxıbsa, onda heç bir məhdudiyyət yoxdur. Hər kəs istədiyini və istədiyi qədər yeyir. Ancaq valideynlər övladlarını şəxsi nümunə ilə böyütdüklərini başa düşürlər, odur ki, həmişə porsiya normanı heç vaxt aşmır.
Hər şeyi yemək lazım deyil, amma hər şeyi dadmağa dəyər. Fransızlar sakit, lakin israrlı və müntəzəm olaraq uşaqları müxtəlif dadları sınamağa, süfrə arxasında yeməkləri müzakirə etməyə dəvət edirlər. Qurmanlar belə yetişdirilir.
Erkən inkişafa “YOX”
Fransada uşaqlar arasında erkən inkişaf yarışı yoxdur: heç kim 6 aylıq uşaqları qorşoka otuzdurmağa çalışmır, heç kim iki yaşlı uşağa oxumağı və saymağı öyrətmir. Ancaq kiçik yaşlarından refleksiyanı öyrədirlər. Uşaq bağçasında belə bir tapşırıq verilə bilər: valideynlərinizlə “cəsarətin” nə olduğunu müzakirə edin. Fransızlar inanır ki, insan üçün həyatda ən vacib dəyər uşaqlıq həzzidir. Odur ki, niyə bu qızıl dövrü real həyata hazırlıq marafonuna çevirək? Uşaqların taleyini dəyişməyə çalışan valideynlərdən fərqli olaraq, fransızlar “Musiqidən daha sürətli rəqs edə bilməzsən” - deyir və uşağın təbii inkişafını sakitcə müşahidə edirlər.
Ana da, uşaq da öz həyatını yaşayır
Fransız qadınlarının əksəriyyəti analıq məzuniyyətinə getsələr də, doğuşdan sonra işdən ayrılmırlar. Analıq məzuniyyəti 3 ay davam edir, bu müddət ərzində ana hamiləlikdən əvvəlki formaya qayıdır və körpəyə bütün gecəni öz başına yatmağı öyrədir. Fransızlar hesab edirlər ki, həyatda karyera, valideynlik və şəxsi maraqlar bərabər bölünməlidir. Uşaqlar kainatın mərkəzinə çevrilməməlidirlər: bu, həm ana, həm də uşaq üçün yaxşı deyil. Bu yanaşma anaya kömək edir ki, bütün həyatını tamamilə uşağa həsr etməsin. Çünki o, yaxşı bilir ki, uşaq yetkinlik yaşına çatanda ondan ayrılacaq. Fransada uşağa görə, əbədi narahatlıq və günah hissi qəbul edilmir: “ideal ana yoxdur”.
Uşağın da öz həyatı var, ona görə də balacalara doğum günlərini dostları ilə birlikdə qeyd etmələrinə icazə verirlər. Özləri isə axşama qədər iş-gücün arxasınca qaçırlar. Fransada uşaqlara tam nəzarət yoxdur. Ümumiyyətlə, fransız valideynlər üçün uşağın yaxşı və sağ-salamat olduğunu bilməsi kifayətdir.
Fransız təhsilinin özəlliyi ondadır ki, bütün ölkə bu prinsiplərlə yaşayır və valideynlər öz iddialarını sübut etməyə ehtiyac duymurlar: uşaq artıq görür ki, dünya həqiqətən də belə dönür.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...