Maraq dünyası
İnsanlarda zaman duyma hissi dəyişib
Alimlər insanların zaman duyğusunun yavaşladığını və bunun COVID-19 pandemiyası ilə bağlı olduğunu hesab edirlər.
Braziliyalı alimlərinin araşdırması göstərir ki, COVID-19 pandemiyası insanların zamanın gedişinin duyma tərzini dəyişib. Tədqiqat iştirakçılarının əksəriyyəti bildirib ki, zaman daha yavaş hərəkət etməyə başlayıb, alimlər də bunu "zamanın genişlənməsi" hissi adlandırıblar. “SciTechDaily” yazır ki, insanın demək olar ki, heç bir işi çatdıra bilmədiyi halda "zamanın təzyiqi" kimi bir anlayış praktiki olaraq yox olub.
Braziliyanın San-Paulu ştatındakı ABC Federal Universitetinin alimləri COVID-19 pandemiyasının pik vaxtında 5 ay ərzində onlayn sorğular vasitəsilə apardıqları tədqiqatın nəticələrini dərc ediblər.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, ilkin olaraq 4 minə yaxın insan tədqiqatda iştirak etmək qərarına gəlsə də, tədqiqatın sonuna qədər alimlərin bütün suallarını yalnız 900 respondent cavablandırıb, onların da 75 faizi qadın olub.
“Nəticələr göstərib ki, özünü depressiyada və tənha hiss edən insanlar vaxtın əvvəlkindən daha yavaş keçdiyini hesab edirdilər. Lakin onlar çox stressli vəziyyətlərdə olanda vaxt onlar üçün daha sürətlə uçurdu”, - deyə ABC Federal Universitetindən Andre Kravo qeyd edib.
Məlumatlar göstərib ki, respondentlərin 65 faizi üçün vaxt daha yavaş keçməyə başlayıb, 75 faizi isə artıq vaxt çatışmazlığı hissinin olmadığını bildirib. Alimlər hesab edirlər ki, həyat ritminin özünün dəyişdiyi üçün pandemiya insanların zaman duyma hissinə təsir edib. Araşdırmanın nəticələri göstərib ki, gənclərdə zaman duyma hissi daha çox yavaşlayıb.
"Pandemiyanın iştirakçıların ümumilikdə zamana dair təsəvvürünü dəyişdiyinə baxmayaraq, o, onların qısa zaman müddətlərinin davamlılığını hiss etmək qabiliyyətinə təsir etməyib", - deyə Kravo vurğulayıb.
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



