Maraq dünyası
Keçəlliyin sirri açıldı - Müalicəsi qədim dövrlərə gedib çıxır
ABŞ-ın Utah Sağlamlıq Universitetinin alimlərinin apardığı araşdırmaya görə, genetik dəyişikliklər saç tökülməsinə səbəb olur ki, bu da təkamül keçirən müasir insanın daha "tüksüz" olmasına gətirib çıxarır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, insan saçı təkamül prosesində kənarda qalır. Alimlər iddia edib ki, mağara insanı geninin kəşfiylə keçəlliyə çarə tapmaq mümkün olacaq. Qeyd olunub ki, keçəl insanlar, kimyaterapiya keçirənlər və ya alopesiyadan əziyyət çəkənlər bu ixtira sayəsində saçlarını bərpa edə biləcəklər.
Tədqiqatçı Dr. Natan Klark açıqlamasında “Biz öz genetikamızı öyrənmək üçün biomüxtəliflikdən istifadə edərək yaradıcı bir yanaşmaya üz tutduq. 62 müxtəlif heyvanın genetik kodlarını müqayisə etdik. O qədər çox gen var ki, onlar haqqında çox şey bilmirik. Düşünürük ki, onların saçların uzanmasında və baxımında rolu ola bilər”, - deyib.
Aparılan araşdırmalarda keçəlliyə kömək edən yeni bir dərman preparatı istifadə edən insanların demək olar ki, yarısında altı ayda sonra saçların uzanmasına müşahidə olunub.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)