Maraq dünyası
Dünyanın ən ağır heyvanı: 39 milyon yaşı, 320 ton çəkisi var - FOTO
Alimlər Yer kürəsinin indiyə qədər kəşf etdiyi ən ağır heyvan namizədini müəyyən ediblər.
Publika.az xəbər verir ki, təxminən 200 ton ağırlığında olan heyvan çoxdan nəsli kəsilmiş bir balina növüdür. Tədqiqatçılar bildirir ki, yalnız ən böyük mavi balina nümunələri onun çəkisinə yaxın ola bilər. Canlının daşlaşmış sümükləri Cənubi Perunun səhralarında tapılıb, buna görə də ona "Perucetus colossus" (Perudan gələn nəhəng balina) adı verilib.
Ətrafdakı çöküntülərdən əldə edilən məlumatlara əsasən, qalıqların təxminən 39 milyon il əvvəl yaşadığı güman edilir.
Paleontoloqlar qrupundan Dr. Eli Amson bildirib ki, fossillər əslində 13 il əvvəl aşkar edilib, lakin ölçülərinə və formasına görə onları Limaya (Perunun paytaxtı) çatdırmaq üçün cəmi üç il lazım olub və o vaxtdan bəri tədqiq edilir.
Dəniz məməlisinin (basilosaurid kimi tanınan erkən balina növü) on səkkiz sümük parçası tapılıb. Bunlara 13 fəqərə, dörd qabırğa və omba sümüyünün bir hissəsi daxildir. Bu qırıq parçalara baxmayaraq, elm adamları məxluq haqqında çoxlu məlumatlar əldə edə biliblər.
Perucetusun uzunluğunun təxminən 17-20 metr, sümük kütləsinin 5,3 ilə 7,6 ton arasında olduğu təxmin edilir. Orqanları, əzələləri və yağları əlavə edilən heyvanın 85 ton ilə 320 ton arasında olduğu düşünülür.
Nəzrin

-
Yaxın Şərq02:12Xarq adası yaxınlığında partlayış səsi eşidildi
-
Səhiyyə01:11İnsan DNT-ni redaktə etməyin yolu tapıldı
-
İdman00:30Nişanından bir ay keçməmiş həbs olundu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əla imkanlar yaranacaq
-
Hadisə6 İyun 23:48Xırdalanda həyəcanlı anlar: Qadın belə xilas edildi - VİDEO
-
Avropa6 İyun 23:12Merts Merkelin şüarını mənimsədi
-
Sosial6 İyun 22:36Azovda həlak olan kapitanın həyat yoldaşı danışdı - VİDEO
-
Elm və təhsil6 İyun 21:48Sosial şəbəkələri silkələyən görüntü: Həmin müəllim cəzalandırıldı - FOTO







































