Maraq dünyası
84 yaşlı qadının qarnında 40 yaşlı döl tapıldı
Meksikanın şimalındakı Duranqo əyalətində qarın ağrısı ilə xəstəxanaya müraciət edən 84 yaşlı qadının qarnında 40 yaşlı döl tapılıb.
Publika.az xəbər verir ki, müayinə nəticəsində dölün təxminən 40 yaşı olduğu müəyyən edilib və həkimlər uşaqlıqdan kənar hamiləlik nəticəsində körpənin 40 həftəyə qədər inkişaf etdiyini və qadının bətnində qaldığını bildiriblər. Həkimlər dölün çıxarılması üçün istənilən cərrahi müdaxilənin qadının yaşına görə riskli olduğunu da qeyd ediblər.
Bu maraqlı hadisə tibb ədəbiyyatında “Litopedion” kimi tanınır. Daşlaşmış körpə olaraq da adlandırılan və çox nadir hallarda görülən "litopedion", ektopik hamiləlik zamanı körpənin ana bətnində öldüyü, lakin bədəndən xaric oluna bilmədiyi üçün meydana gəlir. Ana bətnində qalan körpə zamanla orqanizmin qoruyucu mexanizmi ilə əhənglənir və ölmüş dölün ananı zəhərləməsinin qarşısı alınır.
Nəzrin
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur






































