Maraq dünyası
Süpürgəçi küçədən tapdığı qızılı sahibinə qaytardı - Bələdiyyə sədri də...
Tailandda küçədə tapdığı bir illik maaşı dəyərində qızıl aksessuarları sahibinə çatdıran təmizlik işçisi bələdiyyə sədri tərəfindən mükafatlandırılıb.
Publika.az xəbər verir ki, yerli medianın məlumatına görə, 55 yaşlı bələdiyyə təmizləyicisi Ratri Çumvonq işini yerinə yetirərkən içərisində bir neçə qızıl aksesuar olan şəffaf qapaqlı qutu tapıb. Təxminən 5 min 650 dollar dəyərində olduğu bildirilən qızıl aksesuarlarını sahibinə çatdırmaq üçün polisə xəbər verib.
Polisin apardığı araşdırma nəticəsində qızılın sahibi - fotoqraf İttifon tapılıb. Fotoqraf mətbuata verdiyi açıqlamada qutunun yerə düşdüyünün fərqində olmadığını, təmizlikçi qadına minnətdar olduğunu bildirib.
Bələdiyyə sədri Şikan Niyompenq təmizlikçi qadına dürüstlüyünə görə təşəkkürnamə və bir qədər də pul verib. Sədr Ratrini bələdiyyəyə işə almağı düşündüyünü bildirib. O xatırladıb ki, küçədən tapıb gətirdiyi qızıl aksesuarlarının dəyəri təmizlik işçilərinin bir illik maaşına bərabərdir.
Nəzrin
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur






































