Maraq dünyası
İnsana geni dəyişdirilmiş donuz böyrəyi köçürüldü
Alabama Universitetinin bir qrup alimi genetik cəhətdən dəyişdirilmiş donuz böyrəklərini insanlara köçürüb.
Publika.az xəbər verir ki, əməliyyatın uğurla həyata keçdiyini bildirilib. Araşdırmanın nəticələri "JAMA Surgery" jurnalında dərc olunub.
Sağalmaz xroniki böyrək xəstəliyindən əziyyət çəkən 50 yaşlı kişinin ölümündən sonra (beyin funksiyasının dayandırılması qeydə alınıb) cərrahlar donuz böyrəyinin köçürülməsi əməliyyatı keçiriblər.
Qeyd olunub ki, donor orqanlar "Revivicor" biotexnologiya şirkəti təmin edib. Donuz böyrəkləri əvvəllər on gen modifikasiyasına məruz qalmışdı. Xüsusilə imtinaya səbəb ola biləcək dörd heyvan geni çıxarıldı. Bundan əlavə, müəlliflər qanın laxtalanmasının qarşısını almaq üçün altı insan genini əlavə ediblər.
Alimlər təcrübəni bir həftə davam etdiriblər və greftlərin adekvat işləməsini qeydə aldılar. Biomarkerlər böyrəklərin sidik istehsal etdiyini və qandan kreatinin ifrazını yaxşılaşdırdığını göstərib. Bu, orqanların düzgün işləməsinin əsas göstəricisidir. Həmçinin böyrəklərdə kiçik qan laxtalarının əmələ gəlməsi təsbit edilməyib.
Xatırladaq ki, 2022-ci ilin yanvarında amerikalı tədqiqatçılar 57 yaşlı kişiyə geni dəyişdirilmiş donuz ürəyinin ilk transplantasiyasını həyata keçiriblər. Xəstə transplantasiyadan bir neçə ay sonra qəfil başlayan çatışmazlığından vəfat edib.
Aytən
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur






































