Maraq dünyası
Zukerberq Maskın "qəfəs döyüşü" şərtləri ilə razılaşmayıb
Əvvəllər "Twitter" kimi tanınan "X" sosial media platformasının sahibi İlon Mask "Meta" şirkətinin rəhbəri Mark Zukerberqin qəfəs döyüşünün şərtlərini qəbul etmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Mask Zukerberqlə İtaliyada “Qədim Roma” mövzusu ilə gerçəkləşdirilməsi gündəmə gətirilən qəfəs döyüşü ilə bağlı açıqlama verib. İtaliyanın mədəniyyət naziri Cennaro Sanciulianonun avqustun 11-də X platformasında qəfəs davası ilə bağlı paylaşımına cavab verən Mask nazirə "nəzakətinə və belə bir mədəni əyləncə təşkilatını planlaşdırmaq istəyinə" görə təşəkkür edib.
"Qədim Romanın tarixini təbliğ edərkən biz həm də Amerika veteranları və İtaliyadakı uşaq xəstəxanaları üçün pul yığmaq istəyirdik. Zukerberq bu yanaşma ilə maraqlanmadığı üçün təklifdən imtina etdi",- deyə Mask yazıb. O həmçinin, "Zukerberq yalnız UFC tədbiri təşkil edərsə, döyüşmək istəyir. Mən istənilən döyüşə hazıram" ifadəsini də işlədib.
Zukerberq avqustun 13-də "X"-ə rəqib olaraq açdığı "Threads" platformasında paylaşdığı mesajda "Məncə, hamımız Elonun ciddi olmadığı mövzusunda razıyıq və artıq yolumuza davam etməyin vaxtıdır",- deyə bildirmişdi. İlon Mask isə "X" platformasında "Meta" baş direktorunun sözlərinə "Zuk bir cücədir" ifadələri ilə cavab vermişdi.
Nəzrin
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur






































