Maraq dünyası
50 min "Ağlayan uşaq" yandırılıb - Tükürpədən hekayə
Məşhur tablolardan biri olan “Ağlayan uşaq” portretini dünyanın hər yerində görmək olar. Özəlliklə 1950-ci illərdə İngiltərədə 250.000-dən çox tirajlanan Çiko hekayəsi kifayət qədər ürküdücü və maraqlıdır.
Publika.az “Ağlayan uşaq” Çikonun lənətli hekayəsi haqqında məlumatları təqdim edir:
Çiko adlı “Ağlayan uşaq” tablosu italyan rəssam Bruno Amadioya məxsusdur. Dünyada milyonlarla satılan rəsm hələ də məşhurluğunu qoruyub saxlayır. Rəsm əsərinin 250 mindən çox nüsxəsi var. 1950-ci illərdən etibarən portret müxtəlif cür hazırlanıb, bütün dünyaya yayıldı. Ancaq ilk dəfə çıxan orijinal rəsmdəki oğlanın qəhvəyi saçları və fındıq gözləri var idi.

Lakin sonradan İngiltərə mətbuatında “Ağlayan uşaq” tablosunun lənətləndiyi iddia edilib. Rəsmin lənətləndiyini iddia edən Britaniya mətbuatı bu vəziyyəti İngiltərədəki yanğınla əlaqələndirib. “The Sun” qəzetinin dərc etdiyi xəbərə görə, bir neçə evdə yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin evlərdəki bütün əşyaların kül olduğunu, lakin bu tabloya heç bir ziyan dəymədiyini qeyd ediblər. Buna görə də portretin yanğına səbəb olduğu düşünülür. Beləliklə çox adam panikaya düşüb.
Belə ki, artıq heç kəs “Ağlayan uşaq” tablosunu almayıb. Daha sonra məlum olub ki, yanğına səbəb elektrik sobalarının pərdəyə və ya çarpayıya yaxın olması olub. Yenidən satışlar öz axarına qayıdıb.

O dövrdə İngiltərənin kasıb məhəllələrinin birində bu rəsm əsərinin 50.000 nüsxəsi satılıb. Yenə də gözlənilməyən bir hadisə baş verib. Məhəllə yanmağa başlayıb. İşlər daha da ciddiləşib. Həll yolu kimi bütün rəsm əsərləri həmin məhəllədən uzaq yerə köçürülərək yandırılıb. Daha sonra minlərlə insan qəzetə zəng edərək gecə saatlarında şəkildən ağlama səslərinin gəldiyinə dair müxtəlif iddialar səsləndirib. Yanğınsöndürənlər sonradan yanğınların əsl səbəbini açıqlasalar da, Britaniya qəzetinin yalan xəbərləri artıq cəmiyyət tərəfindən qəbul edilmişdi.
Aysel Şahmar
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi














_(1).jpg)


















.jpg)



