İnanc
Özünüzü fiziki cəhətdən hazırlayın - Fevralın 4-də...
Təzə Ay özü ilə birlikdə həyatımıza arzulaya biləcəyimiz ən xoş hadisələri gətirir.
Publika.az xəbər verir ki, fevralın 4-də Təzə Ayın görünməsi münasibətilə zodiak işarələrinin həyatındakı qara buludlar çəkiləcək. Qeyd etmək lazımdır ki, qara buludlar, demək olar ki, bütün bürclərin həyatında var. Lakin Təzə Ay sizi bundan xilas edə bilər.
Şübhəsiz ki, özünüzü işdə aktiv şəkildə sübut etməli, yəni taleyə sübut etməlisiniz ki, problemlərinizi məharətlə həll edə və ümumiyyətlə, həyatda çətin vəziyyətlərdən çıxış yolu tapa bilərsiniz. Bu, sizə həm böyük ölçüdə müəyyən bir təcrübə qazanmağa kömək edəcək, həm də qara buludların bir daha yolunuzu kəsməsinə imkan verməyəcək.
Təzə Ay görünməsi 4 fevral tarixində saat 22:00-dan sonraya təsadüf edəcək. Odur ki, bu həmin saatlarda kainatdan həyatınızdakı bütün neqativləri və qara buludları kənarlaşdırmağı xahiş etməyə hazır olun. Özünüzü həm fiziki, həm də ruhi baxımdan buna hazırlamalısınız.
Təzə Ayın görünməsi ilə bağlı bir neçə inanc var. Məsələn, 4 fevral günündən səmərəli şəkildə yararlanmaq üçün bir stəkana su töküb ardınca “Qara zolaq həyatımdan çıx, sevinc və xoşbəxtlik gətir” deyin. Təzə Ay göründükdən sonra bu suyu için.
Münəccimlər hesab edir ki, burada böyük və çətin bir şey yoxdur, sadəcə bütün neqativin sizdən çıxmasına inanmaq lazımdır. Bu tarixdə Təzə Ay yaranmış problemləri həll etmək üçün kifayət qədər güclü olacaq. Lakin əmin olmaq üçün istəklərinizi suya danışmaq lazımdır.
Baharın başlanmasına üç həftə qalmış təzə Ayın doğulması sabit gəlirlər üçün əla imkanlar açacaq, ailədə firavanlığa, sevgililər arasında isə hisslərin bərpa olunmasına səbəb olacaq. 2019-cu ilin fevralında Təzə Ayın doğması münasibəti ilə səma insanların duaları üçün açıq olacaq və xoş niyyətlər yerinə yetirəcək.
Əlavə olaraq, bu günü daha təsirli etmək üçün 4 fevralda pozitiv işlər görün. Məsələn, yaxınlarınızı kiçik bir hədiyyə ilə sevindirə bilərsiniz. Bu, həyatda mövqeyinizi yüksəldəcək və sizə zövq verəcək.
Ən başlıcası xatırlayın ki, Təzə Ayın görünməsi ən güclü tərəflərimizi göstərmək üçün yaradılan günlərdir. Mümkün qədər xeyir işlər görün, onda tale sizi qara buludlardan xilas edəcək.
Aytən
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO







.jpg)





















.png)

.jpg)






