İnanc
İnsanlar gələcək uğurlarını necə əngəlləyir? - Bunu etsəniz, üzünüzə çox qapı açılacaq
Psixoloqlar hesab edir ki, “qapalı ürək” insanın uğur qazanmasına mane olur. Bəs “qapalı ürək” nədir?
Publika.az xəbər verir ki, bu, daxili təhtəlşüurda insanın nəyisə öz həyatında qəbul etmək istəməməsidir. Sadə bir misal çəkək. İnsanlara bir hədiyyə verəndə və ya nəyəsə elə-belə qonaq edəndə, ona təmənnasız xidmət göstərirsən, vahidlər bunu dərhal minnətdarlıqla qəbul edirlər. Lakin bir çox hallarda "Aaa, nə zəhmət çəkirdin?", "Bəsdir!", "Dəyməz" kimi cavablar eşidirsən. Daha doğrusu, sən insanlara yaxşılıq edirsən, onlar isə sənə nəzakətlə "Təşəkkür" əvəzinə deyirlər ki, “Çox sağ ol, amma lazım deyildi".
Problem ondadır ki, bizə sağlam şəkildə təqdim etməyi öyrədiblər, lakin meyvənin bəhrələrini qəbul etmək və toplamağı bilmirik. Hətta "Çox sağ olun" sözünə belə "Buyurun" deyil, "Dəyməz" deyə cavab veririk!
Siz nə edirsiniz?
Daxili vəziyyətiniz xırda məsələlərdə özünü göstərərək dünyaya translyasiya edilir. Bəs siz kainata nə ötürür və sonda nə qazanırsınız? Əgər insanlardan elementar, kiçik minnətdarlığı qəbul edə bilmirsinizsə, onda taleyin hədiyyələrini və böyük imkanları necə qəbul edəcəksiniz? Odur ki, həyatınıza gələn bütün yaxşı şeyləri qəbul edin. Elə bu gündən! Sizə verilən hər hansı hədiyyələri minnətdarlıqla qəbul edin və qəlbinizi yaxınların diqqət əlamətlərinə açın.
Məsələn, əgər ictimai nəqliyyatda sizə yer veriblərsə, təşəkkür ifadəsi olaraq gülümsəyin. Şirniyyata qonaq edirlərsə, qəbul edin. Əgər sizə hədiyyə etmək istəyirlərsə, qoy etsinlər. “Lazım deyil” , “Ehtiyac yoxdur” kimi ifadələri leksikonuzdan uzaqlaşdırın. Ancaq minnətdarlıq və ancaq razılıq.
Yadda saxlayın ki, qəlbiniz hədiyyələrə nə qədər geniş və açıq olarsa, dünyaya bir o qədər çox şükür enerjisi yayırsınız. Bu zaman həyatınızda gözlənilməz sürprizlər və möcüzələr baş verəcək. Siz bir maqnit kimi yeni imkanlar və xoşbəxt bir taleyi özünüzə tərəf çəkməyə başlayacaqsınız. Başlıcası hər yeni doğan gün, hər verilən yeni şans üçün Allaha şükür edin. Aldığınız hər nəfəsə və həyata görə, hətta hiss etmək imtiyazlarına sahib olduğunuz üçün şükür edin. Psixoloqlar əmin edir ki, bu sadə məsləhət üzünüzə çox sayda qapı açacaq və həyatınıza xeyir-dualar axın etməyə başlayacaq!
P.S. Sizə “Təşəkkür edirəm” deyəndə gülümsəyin və “Buyurun” deməyi unutmayın.
Aytən Məftun
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto























.jpg)











.jpg)

.jpg)