Ruhunuzu aydınlığa aparan 10 qayda
Bizi izləyin

İnanc

Ruhunuzu aydınlığa aparan 10 qayda

Publika.az bu yazıda oxucuları ruhumuzu aydınlığa doğru aparan və bizi xoşbəxt edən 10 həqiqətlə tanış edib.

1. Özünüzü olduğu kimi qəbul edəndə, daha gözəlsiniz

Həyatın ən böyük müvəffəqiyyəti özünü dəyişdirmək bacarığı və böyümək deyil. İnsan uğurunun əsas mahiyyəti ondan ibarətdir ki, o, özü ilə darıxmır, özü ilə birlikdə harmoniya içində yaşaya bilir və öz keçmişini qəbul edir.

Transformasiya və ya şəxsiyyət dəyişikliyi hər birimizin seçdiyi bir seçimdir. Ancaq mənəvi baxımından bu çevrilmə həyatdakı əsas prioritet deyil.

2. Hisslərin dərinliyi

Ağlamaq istəyirsinizsə, göz yaşlarını tutmağa çalışmayın. Hisslərin və duyğuların ifadəsinin zəif və çox həssas bir insanı xarakterizə etdiyini düşünməyə özünüzə icazə verməyin.

Dərindən hiss etmək və özünüzə hər duyğunu dərindən yaşamağa imkan vermək həqiqətən gözəldir.

Sevinci hiss edin. Kədəri hiss edin. Gələcək haqqında düşünməklə hazırda yaşadığınız hisslərinizi yarım qoymağı özünüzə rəva bilməyin.

3. Şüurlu bir həyat seçin

Şüurlu olmaq - bütün diqqətinizi hazırkı ana yönəltmək qabiliyyətidir. Bu, o qədər də asan deyil. Hər kəsin eyni zamanda bir neçə vəzifəni yerinə yetirdiyi xaotik dünyamızda indi ilə yaşamaq və ətrafdakı xaosun bizi udmasına icazə verməmək çox çətindir.

4. Sakitliyi qoruyun

Yalnız sakit vəziyyətdə biz qəlblə və onun müdrikliyiylə qarşılıqlı əlaqəni ən yaxşı şəkildə hiss etməyi bacararıq. Bu səbəbdən də meditasiya, təbiətdə gəzinti və təklikdə keçirdiyimiz anlar bizə çox müsbət təsir göstərir.

Bütün bunlar öz həqiqətlərimizlə qarşılıqlı əlaqəni hiss etmək imkanlarıdır. "Mən xeyirxah, vicdanlı, müdrik və nəzakətliyəm, mən insanların dərdinə şərik ola bilərəm" deyin. Sonra sizə sadəcə daxili səsi dinləməyi öyrənmək qalır.

5. Nəticələrə köklənməyin

Böyük səylə çalışırıqsa, əziyyətlərimizin qiymətləndirilməsini istəyirik. Bu, təbiidir. Lakin nəticəyə dair fikirlər prosesin özündən zövq almağa mane olacaq.

Həyat bizə dəyişə biləcəyimiz və bilməyəcəyimiz hadisələr arasındakı əhəmiyyətli incə xətti dərk etmək və görmək üçün bir çox imkanlar verir. Sahib olduqlarımızla, olmadıqlarımız arasındakı xətti.

6. İndiki zamanda mövcud olmaq çox qiymətlidir

İnsanların böyük əksriyyəti heç vaxt indiki zamanla yaşamır. Niyə? Çünki gələcəyin indiki zamandan daha əhəmiyyətli olduğuna dair şüuraltı bir inancımız var. Bu yanaşma ilə bütün həyat ovcunuzdan axıb gedə bilər.

İndiki zamanı qiymətləndirməyi öyrəndikdən sonra bütün acılar və bədbəxtliklər öz-özünə həll olunacaq. Həyat daha asan və xoşbəxt olacaq.

7. Perspektivi görmək bacarığını inkişaf etdirmək

Adətən onun üçün kədərlənir və məyus oluruq ki, perspektivləri görmək qabiliyyətini itiririk. Həyatımızda baş verən hər şey bizə inanılmaz dərəcədə önəmli və qlobal görünür. Halbuki, rəsmə bütöv baxdıqda zəncirdəki bir hadisə praktik olaraq heç bir əhəmiyyət kəsb etmir.

Hazırda baş verən münaqişə, sahib olmadığımız iş, həqiqi və ya ziddiyyətli şikayətlər, istədiyimiz, ancaq əldə edə bilmədiyimiz şeylər və s. bir çox məsələ həqiqətən əhəmiyyətli deyil.

8. Şəxsiyyətinizin dəyərini başqalarının təyin etməsinə icazə verməyin

Əgər qərarların qəbul edilməsində daimi olaraq başqalarının razılığını axtarırsınızsa, heç vaxt xoşbəxt olmayacaqsınız. Biz hamımız fərqliyik, fərqli şeyləri fərqli şəkildə görür və qəbul edirik.

Başqalarının davranışlarına nəzarət edə bilməzsiniz. Odur ki, hər kəsin işinə yaramağa çalışmayın. İlk növbədə özünüzü sevindirməyə başlayın.

9. Ehtiyacınız olan hər şeyiniz var. Sizə lazım olan hər şey qəlbinizdədir!

Özünüzlə baş-başa qalmaq üçün hər gün 5 dəqiqə ayırın. Sakit bir yerə çəkilib ruhunuza sığal çəkin. Zamanla həyatınızda bolluq, sülh və xoşbəxtlik olduğunu görəcəksiniz. Bütün bunlar hər zaman qiymətsizdir.

10. Vəziyyəti olduğu kimi qəbul edin.

Şikayətləriniz onu göstərir ki, gerçəkliyi olduğu kimi qəbul edə bilmirsiniz. Onlar həmişə özü ilə birlikdə mənfi ağırlıq gətirir.

Şikayət etdiyiniz zaman qurban rolunda çıxış edirsiniz. Hadisələri olduğu kimi görmək və qəbul etmək bacarığı isə sizə əlavə güc qazandırır. Hadisəni açıqca söyləməklə güclənirsiniz. Mümkünsə, vəziyyəti dəyişdirin. Heç bir şeyi dəyişdirmək mümkün deyilsə, boş verin.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm