İnanc
Həyatınızı dəyişdirən 10 QANUN
Minnətdarlıq hissi azlığı bolluğa çevirməyə, işi zövqə, xaosu nizama çevirə bilər. Bionergetiklər iddia edir ki, gün nə qədər xaotik keçsə də, minnətdarlıq hissi özü ilə bərabər əmin-anamlıq və sakitlik gətirir.
Əslində çox şanslı olduğunuzu anlamaq üçün ilk növbədə öz həyatınıza kənardan baxmalısınız. Həyatın sizə bəxş edən bütün yaxşı imkanları, gözəl insanları və sevincli hadisələri tanımalı və qəbul etməlisiniz, çünki dəyər verdiyiniz fürsətlər günbəgün daha da güclənir, həyatınızda getdikcə daha güclü bir yer tutur.
Ancaq gündəlik həyatın təlaşı başımızı o qədər qatır ki, minnətdarlıq qanunlarının çoxunu görməzlikdən gəlir və özümüzü bu ülvi duyğunun bütün müsbət təsirlərindən məhrum edirik.
Publika.az bu yazıda oxucuları minnətdarlıq qanunları ilə tanış edib.
1. Sahib olduqlarınız üçün nə qədər minnətdar olsanız, daha çox imkanlara sahib olacaqsınız. Əlinizdə olanlar üçün minnətdar olun və bu, sizi gücləndirəcək.
2. Xoşbəxtlik sizi həmişə minnətdar etmir, amma minnətdarlıq duyğusu sizi həmişə xoşbəxt edir. Həyatın hər anını səmimi şəkildə qiymətləndirmək, eyni zamanda nədənsə narazı olmaq mümkün deyil.
Əgər burda və indi xoşbəxtsinizsə, bu, o demək deyil ki, başqa heç bir şey arzulamırsınız. Bu, o deməkdir ki, siz sahib olduqlarınız üçün şükür edir və səbirlə gözləyirsiniz ki, daha yaxşısı baş verəcək.
3. Minnətdarlıq günahların bağışlanmasına səbəb olur. Həyatın sizə göndərdiyi vacib dərslərindən peşman olmaq və ya ona mənfi yanaşmaq mənasızdır. Minnətdarlıq dünənki günü mənalı edir, bu günü sakitliklə doldururur və gələcəyə daha inamla baxmağa kömək edir.
4. İnanın ki, indi əlinizdə olanlar bu an üçün kifayətdir. Deyirlər ki, ən güclü dua səmimi minnətdatlıq hissidir. Arzuların reallaşması üçün dua etmək əvəzinə, əlinizdə olanlara üçün minnətdar olun. Həyat sizə neqativ olmaq və əsəbiləşmək üçün bir çox problemlər göndərirsə, dünyaya pozitiv gözlə baxmağa çalışın, məntiqli bir səbəb axtarın. Hər kəsin həyatında heç olmasa belə bir səbəbi var.
5. Burada və indi olduğunuz üçün minnətdar olun, çünki hər şey uçub gedir və hər şey dəyişir. Çünki sabah, hətta bu gün həyatınızda nələrin baş verəcəyindən xəbərsizsiniz. Həyat hər gün dəyişir, gec-tez sahib olduqlarınız keçmişdə qalacaq.
6. Ağıllı minnətdarlıq heç nəyi haqqı kimi qəbul etmir. Bu gün haqqınız kimi qəbul etdiyiniz şərtlər və ya bir adam, sabahsız onsuz keçinə bilmədiyiniz həqiqət ola bilər.
7. Həqiqi minnətdarlıq gündəlik hərəkətlərlə ifadə olunur. Sözlər vacibdir və onsuz yaşamaq mümkünsüzdür, amma nə dediyimiz yox, nə cür hərəkət etdiyimiz daha qiymətlidir. Boş sözlər deməyin, minnətdarlıq hissini hərəkətlərinizlə göstərin. Sözünüzə əməl edin.
8. Minnətdarlıq sadəcə almaq deyil, həm də bağışlamaq qabiliyyətidir. Gündəlik həyatın xaosunda dərk etmirik ki, minnətdarlıq balansını saxlamadıqca, həqiqətən xoşbəxt ola bilmərik. Həyatınızda öz səylərinizlə və başqalarının yardımı ilə qazandıqlarınız haqqında düşünün.
9. Həyatdan köçmüş yaxınların xatirəsini əbədiləşdirmək istəyirsinizsə, bunu kədərlə yox, minnətdarlıq hissi ilə edin. Əgər həyatınızda nə isə əbədi olaraq davam etmirsə, bu, o demək deyil ki, əvəzolunmaz bir hədiyyə olub. Taleyinizə şükür edin ki, o, nə vaxtsa həyatınızda baş verib və gözəl anlar yaşamaq şansınız olub.
10. İdarəolunmaz hadisələri idarə etməyi dayandırdığınız minnətdar olmaq imkanı dəfələrlə artır. Bəzən zamanımızın çoxunu həyatımızın bütün yönlərini kontrol etməyə çalışaraq, meşədə ağacları görmürük.
Buraxmağı, istirahət etməyi öyrən (ən azı bir az), həyat axını ilə üzməyi öyrənin və onun sizi hara aparacağına baxın. Yeni bir şeyə cəhd edin, qorxudan imtina edin, ən başlıcası, bacardığınız hər şeyi edin və nə isə alınmırsa, ağlamayın.
Lazımsız və qeyri-realist gözləntilərdən yaxa qurtarsanız, bu, sizə gözlənilmədən həyatdan tam həzz almağa imkan verəcək. Və bəzən gözlənilməz sürprizlər və imkanlar sizin üçün əsl nemət ola bilər.
Hər gün boş vaxtınız olan kimi nə qədər şanslı olduğunuzu düşünün. Sahib olduqlarımız üçün nə qədər çox minnətdar olsaq, imkanlarımız və uğurlarımız bir o qədər çox artacaq.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO