İnanc
Xəyalınızı gerçəkləşdirmək üçün dekabrın ən uğurlu günləri
Dekabrın unikallığı ondadır ki, insan həyatına müsbət təsir edəcək bir neçə gündən ibarətdir.
Publika.az Rusiya mətbuatına istinadən oxucuları münəccimlərin 2019-cu ilin dekabr ayı üçün hazırladığı uğurlu günlərlə tanış edir.
2 Dekabr - hər şey uğurla başa çatacaq, romantik görüşlər xüsusilə əlamətdar olacaq.
3 Dekabr - özünü tanıtmaq üçün idealdır, əlavə olaraq karyerada uğur qazanmaq şansı var.
4 Dekabr - səyahət etmək üçün əladır.
9 Dekabr - istənilən məşğuliyyətlər, xüsusilə yaradıcılıqla məşğul olmaq və fikirlərin təbliği üçün əlverişlidir.
10 Dekabr - hər hansı təşəbbüs üçün əlverişli gündür, bütün riskli əməliyyatlar uğurla başa çatacaq, gözlənilməz qazanc mümkündür.
13 Dekabr - evlilik üçün ideal gündür, işdə müvəffəqiyyət qazana və yeni münasibət qura bilərsiniz.
17 Dekabr ünsiyyət, açıq fəaliyyət, səyahət və səfər üçün çox əlverişli gündür. Ay təqvimində deyilir ki, bu gün ən güclü ailələr yaradılır, qazanc və ya artım şansı da yüksəkdir.
18 Dekabr səhm almaq və gələcəyi planlaşdırmaq üçün əla gündür. Düşüncələrin reallaşması ehtimalı da yüksəkdir. Odur ki, lazımi müddətdə istədiyinizə çatmaq üçün meditasiya ilə məşğul olmalısınız.
23 Dekabr - bədəninizə qayğı göstərmək üçün əlverişli gündür. Ay təqviminə görə, istənilən bir işdə uğur qazanacaqsınız. Hətta ən çətin tapşırıqlar tez və düzgün yerinə yetiriləcək.
24 Dekabr - yeni başlanğıclar, iş planları, yeni layihələr üçün çox əlverişli gündür. Əlavə olaraq, bu gün düşüncələri gerçəkləşdirmək üçün əla fürsətdir, xüsusən də evlilik və ya eşq elanları üçün idealdır.
26 Dekabr - Sağlamlığınızla məşğul olmaq üçün yaxşı gündür, bütün məsələlər asanlıqla həll ediləcək. Düşüncələrin gerçəkləşməsi ilə bağlı meditasiyalar tətbiq olunarsa, xəyallar reallaşa bilər.
28 Dekabr - karyerada özünüifadə üçün ideal gündür. Uğur qazana və yüksək qazanc əldə edə bilərsiniz.
30 Dekabr - ünsiyyət və dostlarla görüşmək üçün çox əlverişli gündür. Bu gün əvvəllər sizə məlum olmayan şeyləri görə bilərsiniz. Xəyalınızı reallaşdırmaq üçün imkanlar olacaq.
31 Dekabr - İnsanlar düşüncələrini reallaşdıra bilər. Həm də bu gün gələcəyi planlaşdırmalı, qarşıya hədəflər qoymalısınız, təxəyyülünüzü məhdudlaşdırmayın, çünki planlaşdırılan hər şey mütləq gerçəkləşəcək.
Aytən Məftun
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
-
Qoroskop01:40Günün ulduz falı: Müdrik və təmkinli qərarlar uğur gətirəcək
-
Hadisə1 İyun 23:05Sumqayıtda yaşayış binasında yanğın
-
Hadisə1 İyun 21:51Qoşulub qaçan gənclərlə bağlı rəsmi açıqlama
-
Kriminal1 İyun 19:50Bakıda qayınata gəlinini öldürdü
-
Nəqliyyat1 İyun 19:20Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
-
Ekologiya1 İyun 18:30Sabah elə bir külək əsəcək ki... - Bakıda və bu rayonlarda
-
Ekologiya1 İyun 18:20Bu həftə ehtiyatlı olun! - Xəbərdarlıq







.jpg)

.jpg)





.jpg)




















