İnanc
Məşhur psixoloqdan XOŞBƏXTLİK SİRRİ - Çərçivədən çıxmaq lazımdır, özünüzü dəyişdirin - VİDEO
Video əlavə olunub.
xxx
Taleyi dəyişmək üçün çərçivədən çıxmaq lazımdır. Özünüzü dəyişdirin, o zaman ssenari də dəyişəcək. Başqasını kopyalamayın, özünüzü yaradın!
Hər insan dünyaya xoşbəxt olmaq üçün gəlir. Bəs ətrafınızda xoşbəxt olan nə qədər insan tanıyırsınız? Şübhəsiz ki, yalnız bir neçəniz müsbət cavab verəcək.
Bəs bunun üçün nə lazımdır?
Publika.az bu yazıda oxucuları rusiyalı məşhur psixoloq Mixail Litvakın tövsiyələri ilə tanış edir.
Xoşbəxtlik üç anlayışdan ibarətdir: İstəyirəm, edə bilərəm və etməliyəm.
Adətən insanlarda bu ardıcıllıq pozulur. İstəyirik, amma edə bilmirik. İşləri necə yoluna qoymaq olar? İstəyirsinizsə, öyrənməyə çalışın. İstənilən fəaliyyət yaxşıdır. Səndən sadəcə başlamaq tələb olunur. Hər kəsin fərqli istəkləri var. Ancaq bunların çeşidlənməsi də vacibdir. Məsələn, içmək həvəsi qeyri-təbii bir şeydir. İçki şəxsiyyət inkişafının tənəzzülünə gətirib çıxarır. Bu cür ziddiyyətli istəklərdən qurtulmaq tələb olunur. Fəaliyyətlər fərdi inkişafınıza təkan verməlidir. Özünüzdə işləmək strategiyası elə qurulmalıdır ki, mümkün qədər çoxuna nail ola biləsiniz. İnsan əvvəlcə istəklərini həyata keçirməyə çalışır. Bir hədəf seçdiyin zaman, ilk növbədə, getdiyin yolun ora aparıb-aparmadığnı öyrən. Əgər bu yol sənin deyilsə, o zaman istiqaməti dəyişdirmək lazımdır. Daxili qüvvələr bizi doğru yola yönəldir.
Ağacın yuxarıya doğru böyüməyə meylli olduğu məlumdur. Əgər alınmırsa, o zaman budaqları kənara tərəf uzanmağa başlayır. Qarşıdakı maneə aradan qalxdıqda yenidən yuxarı doğru uzanmağa davam edir.
Düşünüb bir qərara gəlin və dərhal hərəkətə keçin
Ağla gələn ilk və doğru düşüncəni xatırlamaq lazımdır. Əgər bu, uğurlu alınmazsa, həyatın axarına etibar etmək lazımdır. Əsas odur ki, hərəkət et, tərəddüd etmə. Səhvlərdən qorxmamalısan, uğursuzluq uğurdan yeddi qat daha faydalıdır. Problemlər növbəti dəfə səhvlərinizi anlamağa və düzgün davranmağa kömək edir. Niyə düz yeddi dəfə? Beyində müsbət emosiyalar 35%, mənfi hisslər isə 5% təşkil edir. Odur ki, insan özünü pis hiss etdikdə düşünməyə başlayır. Uğursuzluqlar bizi ayaq üstə saxlayır, onlardan qorxmağa ehtiyac yoxdur, onlarsız inkişaf da yoxdur.
Qədim yunan hökmdarı Polikrat çox şanslı idi. Misir kralı Amasis ona deyirdi ki, əgər eyni ruhda davam etsəniz, hər an bu şans böyük bir uğursuzluğa çevrilə bilər. Tanrıların qısqanclığından yayınmaq üçün dəyərli bir əşya seçmək və onu tullamaq lazımdır. Polikrat ən sevdiyi üzüyü seçib dənizə atır. Bu itki hökmdarı çox kədərləndirir. Ancaq bir gün balıqçı balıq tutur və onu birbaşa kralın masasına göndərir. Aşpaz yeməyi hazırlamağa başlayanda itən üzüyü balığın içindən tapır. Polikratın bu dəfə də şansı rəvan gedir və yenidən şansına çox güvənməyə başlayır. Lakin qonşu bir dövlətə hücum edəndə hökmdar faciəli şəkildə həlak olur.
Vəziyyətləri və digər insanları dəyişdirməyə çalışmayın, ancaq özünüzü dəyişdirin və şəraitə uyğunlaşın. Vəziyyətlər zehni baxımdan böyüməyən şəxsləri dəyişdirməyə çalışır. Odur ki, özünüzü və vəziyyətə baxışınızı dəyişdirməlisiniz. Məsələn, əvvəllər hündürlüklərdən və dağa qalxmaqdan qorxurdum. İçimdə çaxnaşma və narahatlıq yaratmışdılar. İndi dağlar məni çağırır və həyəcanlandırır. Nə baş verdi? Dağlar dəyişdi? Xeyr, əvvəlki yerindədilər. Özümü dəyişdim.
Psixoloji baxımdan yetkin insan hərəkət edir!
Zehni baxımdan yetkin olmayan bir insan bütün səylərini şəxsi həyatının tənzimlənməsinə yönəldir. Yetkin bir şəxsiyyət üçünsə əməllər, müstəqillik əldə etmək daha vacibdir. Belə bir insanın şəxsiyyəti və həyatı özü tərəfindən tənzimlənir. İkinci yarını tapmaqda çətinlik çəkən, şəxsi həyatda uğur əldə bilməyən pasientlərim olub. Onlara çıxış yolu kimi daha çox pul qazanmağı tövsiyə etdim. Həqiqətən bir müddət sonra şəxsi həyatları yaxşılaşdı, başqa sözlə, namizədlərin də sayı artmağa başladı.
Zehni olaraq yetkin bir insanın ehtiyacları onların müvəffəqiyyətindən asılıdır. Yetkin olmayan bir insan isə başqalarını kopyalayır. Yetkin bir insan bütün işlərini təkbaşına tənzimləyir, yetkin olmayan bir insan isə başqasının etməsini xahiş edir.
Psixoloji cəhətdən yetkin olmayan bir şəxs necə göründüyündən həmişə narahatdır. Yetkin insan bundan narahat deyil. Ancaq həmişə yaxşı görünür. Yetkin olmayan insan yüksək vəzifə tutmağa çalışır. Belə bir insan çox şeyə sahib olmaq istəyir, eyni zamanda fərdi inkişafla məşğul olmur. Vəzifə yetkin insana özü gəlir. Bu, şəxsi inkişafın məhsuludur. Barmaq uclarında durun və durduğunuz vaxtı qeyd edin. Bu vəziyyətdə nə qədər dayana bilmisiniz? Çox güman ki, çox deyil. Bu vəziyyətdə uzun müddət qala bilməzsiniz. Ancaq mənəvi və zehni inkişaf sonsuzdur.
Yalnız yüksək hədəflər qoymaq lazımdır, çünki yalnız bir yol tənəzzülə, çoxu isə böyük bir yola aparır.
Əlbəttə ki, hədəflərin reallaşma ehtimalının nə qədər olduğunu unutmamalısan. Kiçik hədəflər səni heç bir nöqtəyə aparmayacaq, böyük hədəf ən azı bir şey əldə etməyə imkan verəcək. Məsələn, əbədi hərəkət maşını icad etmək olarmı? Bunu etməyə ehtiyac yoxdur. Başqa bir insanı yenidən tərbiyə etməyə heç vaxt müvəffəq olmayacağınız kimi, cəhd etmək də lazım deyil.
Bir insan üç insanın xoşuna gəlməlidir: özü, bossu və sevdiyi.
Həyat yoldaşınızdan da, işinizdən də ayrıla bilərsiniz, lakin özünüzdən qaçmağa heç bir yeriniz yoxdur. Buna görə, ilk növbədə özünüzü bəyənməlisiniz. Bir çox insan uşaqların dördüncü sırada qərarlaşmasına etiraz edir. Uşaqlar sizi düşündüyünüzdən də tez təkr edəcək. 12-14 yaşlarında, artıq valideynlərinə xor baxmağa başlayırlar, onları anlamırlar. 20 yaşında isə düzgün tərbiyə ilə evdən ya tamamən, ya da qismən gedirlər. Ancaq düzgün qurulan münasibətlər 40-50 il davam edə bilər.
Yalnız uşaqlarınız üçün yaşaya bilməzsiniz. Onu elə yetişdirmək lazımdır ki, 20 yaşında özü-özünü dolandıra bilsin, ayaqları üstündə dayanmağı öyrənsin. Uşaqlarınız əkiziniz ola bilməz. İnkişaf uşaqlarımızın bizə itaət etməməsi ilə əlaqədardır. Əks təqdirdə hələ də mağarada yaşayardıq. Yeni bir fikir etirazlara səbəb olur.
Bir az tale haqqında danışmaq istərdim. Həyat ssenarisindən necə çıxmaq olar? Başlanğıcda insan bədəni böyümək üçün proqramlaşdırılıb, ancaq “viruslar” fəaliyyətə başlayır və maneələr düzəldir. Kainat qanunlarına görə insan istənilən halda yalnız irəli doğru hərəkət etməlidir. Həmçinin şikayətlər heç vaxt bitməyəcək, ancaq onları və ehtiyacların səviyyəsini qiymətləndirmək olar.
Məsələn, kimsə avtomobilin olmamasından şikayətlənir, bu, başqa bir səviyyədir. Amma başqası qaraj arzulayırsa, bu tamamilə fərqli bir səviyyədədir. Taleyi dəyişdirmək üçün ssenaridən çıxmaq lazımdır. Özünüzü dəyişdirin, o zaman ssenari də dəyişəcək, ən əsası özünüz haqqında həmişə yüksək fikirdə olun.
İnsan başqasını kopyalamamalı, özünü yaratmalıdır. Napoleon Bonapartn dediyi kimi, general olmaq istəməyən əsgər, yaxşı əsgər deyil... Heç bir iş görmürsənsə, sənə necə kömək etmək olar? Odur ki, taleyin bataqlığından çıxmalısan. Gülməli görünməkdən qorxma, olmaqdan qorx. Bu ümumi bilinən bir həqiqətdir. İnsan qınaqdan qorxmamalıdır. İmkanlarınızdan istifadə etməlisiniz, ancaq bunlardan kənara çıxmamalısınız.
Özünüz üzərinizdə işləyin, başqaları haqqında düşünməyin
Bunu etsəniz, fəaliyyətin keyfiyyətinin nə qədər sürətlə artacağını görəcəksiniz. Alınan nəticə - düzgün təşkil olunmuş fəaliyyətin məhsuludur. Diqqətinizi başqalarına deyil, işinizə yönəltməlisiniz.
Məziyyətlərinizi qiymətləndirin
Biz kimisə özümüz haqqında yaxşı danışmağa məcbur edə bilərik, amma haqqımızda yaxşı düşünməyə məcbur edə bilmərik. Odur ki, başqalarına baxmaq lazım deyil. Öz yolunu izləmək vacibdir. Xoşbəxtlik axtarışlarına çıxmağa ehtiyac yoxdur. Xoşbəxtlik axtaran kişi başındakı eynəyi itirən yaşlı bir qadına bənzəyir.
Yayılmış aforizmlərdən biri budur ki, düşməninizin yerini öyrənmək istəyirsinizsə, güzgüyə baxın. İnsanın özünə etdiyi pisliyi heç kim edə bilməz. Və yalnız özümüz hər şeyi düzəldə bilərik.
Özünü inkişaf etdirmək və özünü tanıtmaq uğurun yeganə açarıdır!
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO