İnanc
Məşhur yazıçıdan həyatı rəngləndirən 6 ağıllı məsləhət

“Alovun yanında Tanrı ilə görüş. Həyat, sevgi və ən vacib şey haqqında söhbətlər” kitabının müəllifi - Tatyana Ustinova hesab edir ki, cəmiyyətimizin tələbləri çox sürətlə dəyişir. Detektiv romanlara marağın azalmasını o, oxucuların artıq fantaziyalı hekayələrə dalmaq istəməməsi ilə əlaqənləndirir və qeyd edir ki, biz həyatı, insanları, özümüzü daha dərindən dərk etməyə daha çox həvəsliyik. Psixoloji romanlar yazarı sözügedən kitabında da ruhu incimiş və ya həyata marağı itirənlər üçün çox dərin və müdrik fikirlər, sitatlar və məsləhətlər verib.
Publika.az oxucuları bu kitabdan bir neçə hikmətli sitatlarla tanış edib.
Darıxanlar üçün
Darıxmaq əyləncənin yoxluğu deyil, hər hansı bir mənanın olmamasıdır.
Əvvəllər hər kəsin fərqli olduğunu qəbul edirdim. Və bu müxtəliflikdə həyatın bütün rəngləri təzahür edir. Amma sonra hər zaman diqqətə ehtiyacı olanlar mənə ağır gəlməyə başladı. Özünə məşğuliyyət tapa bilməyənlər və özlərindən sıxılanlar... D.Bıkov cansıxıcılığı “intellektual impotensiya” adlandırırdı. Əgər cansıxıcılığın narahatlıq əlamətlərini hiss edirsinizsə, şən bir qrup axtarmayın, harada və necə əylənə biləcəyiniz barədə də düşünməyin. Bu, kömək etməyəcək. Həyatı kökündən dəyişdirmək, əlamətdar hadisələrlə doldurmaq, özünüzdən daha böyük nəticələr tələb etmək lazımdır.
Daha çox mütaliə
Mütaliə humanistləşdirmə proqramıdır: əgər insan minimum ədəbiyyat oxumayıbsa, təəssüf ki, bu proqram işləmir. O, bioloji varlıq səviyyəsində qalır, yalnız yemək-içmək, tullantıları xaric etmək və nəsil artırmağa yararlıdır. Ustinova əmindir ki, şəxsi təcrübə və təəssüratlar - özünüdərk dəryasında sadəcə bir damladır. Əgər sistemli şəkildə ruhunuzu və zehninizi heç nə ilə doyurmusunuzsa, ancaq daxili aləmimizi alt-üst edəcək bəzi taleyüklü hadisələri gözləyirsinizsə, günləri boşa xəsrcləyirsiniz. Vitrindəki manekendən demək olar ki, heç bir fərqiniz olmayacaq. Maniken üzülə, əzab çəkə, yeni nəticələrə gələ, özünü aşa, inkişaf edə, özünə heyran ola, sevə və mübarizə apara bilmir.
Xoşbəxtliyin asan yollarını axtarmayın
Hər şeyin bədəlini ödəməlisən. Öz zəhmətinin qarşılığı daha çox qiymətləndirilir. Əbəs deyil ki, rahat əldə etdiklərimiz daha ucuz qiymətləndirilir, daha az fayda və zövq gətirir, çox zaman bizi pozur və zərər verir. Yalnız xoşbəxtliyi əziyyətlə əldə etdikdən sonra onu qorumağa və dəyərləndirməyə başlayırıq. Əlbəttə ki, əziyyət çəkməyi heç kim istəmir. Üstəlik arzuya onilliklər ərzində yaxınlaşmaq... İnsan elə nizamlanıb ki, şüuraltı olaraq ən az müqavimət yolunu axtarır və yalnız hündür maneələri dəf edib böyük çətinliklə əldə etdiklərinə sevinir.
Ruhunuz incikdirsə
“Əgər ruhunuz ağrıyırsa, işləmək və işləmək lazımdır...”
Həyatı yaxşılığa doğru dəyişdirmək üçün atılan nəticəsiz cəhdlər və ya ümidsizlik hissi ruhumuzu ağrıdır. Bəs belə bir vəziyyətdə nə etmək olar? Sadəcə optimizmi itirmədən yaşamağa davam edin. İş - nəticədə pul və ya faydalı bacarıqlar gətirəcək. Xoşbəxtlik elə buradan başlayır.
Ustinovadan başqa bir oxşar sitat: “Daha az düşünmək və daha çox işləmək lazımdır”.
Biz daha az düşünür, özümüzə daha az təəssüflənirik. Özünüzə təəssüflənməyə gərək yoxdur, çünki insan səhvlərdən dərs çıxarır və qarşılaşdığı problemlər sayəsində böyüyür.
Ətraf mühiti dəyişdirin
Həyat özünüz üçün qurduğunuz bir yoldur. Özünüzü axmaqlarla əhatə edə və dünyada yalnız onların mövcud olduğunu düşünə bilərsiniz. Ya da ləyaqətli insanlarla əlaqə qurub həyatınızı dəyişə bilərsiniz.
Həyatın taktikasını dəyişdirin
Tatyana Ustinovanın kitablarından birində Saşa adlı qıza deyilirdi ki, yaxşı görünmür və yəqin ki, istirahətə ehtiyacı var. Saşa ayağa qalxır: Mən güclüyəm, enerjim var, enerji verən batareya kimi. Bundan əlavə, o, özünə baxmağa, ən son dəbdə geyinməyə başlayır və çoxunu kölgədə qoya bilərdi.
Rəfiqəsi isə ona deyir: “Xeyr, sən gözəlsən və heyrətamiz görünürsən, amma hər zaman, hər dəqiqə gərginsən. Heç vaxt sakit deyilsən. Saatın tıqqıldısı həmişə başındadır. Səni vaxt və planlaşdırma idarə edir. Bu gün edə biləcəyini heç vaxt sabaha təxirə salmırsan. Bütün əngəl də elə bundadır. Rahatlamayana qədər dalğaya düşə bilməyəcəksən, beləcə o səni təkbaşına aparacaq, axına qarşı daim kürək çəkə bilmərsən”.

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır