İnanc
Məşhur psixoloq güclü və şanslı olmağın 3 sirrini açdı
Rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovski hesab edir ki, həyatda uğur qazanmaq istəyiriksə, birinci özümüzü sevməyi və ona dəyər verməyi öyrənməliyik. Mütəxəssisin sözlərinə görə, zahiri görkəm sevgidə, cinsi əlaqədə və ətrafdakıların sizə münasibətində heç bir rol oynamır. Məsələ bundadır ki, özünüzü olduğu kimi, bəyənirsiniz, ya yox...
Publika.az oxucuları psixoloqun özünəinam aşılayan və ruh yüksəkliyi yaradan fikirləri ilə tanış edir. Bu tövsiyələr sizə həyatın istənilən sahəsində daha şans və böyük uğur qazandıra bilər.
Birinci qayda
Necə göründüyünüzə, çəkinizə, çatların və ya çapıqlarınız olub-olmamasına fikir verməyin. Pəhrizlərlə özlərinə işgəncə verən, üzünə ağrılı inyeksiyalar etdirən, daha da pisi cərrahın bıçağının altına girən və bədəninin digər "qüsurları" ilə çılğıncasına mübarizə aparan milyonlarla insanlardan olmayın.
Nə üçün? Ona görə ki, hər dəqiqə cəmiyyətin onları təsdiq və qəbul etməsinə ehtiyac duyurlar. Halbuki, dostlar, xarici görünüşünüz sevgidə, cinsi əlaqədə və başqalarının sizə münasibətində heç bir rol oynamır. Görünüş subyektiv anlayışdır. Əsas sual budur ki, özünüzü bəyənirsiniz, ya yox. Yadda saxlayın ki, xarici görünüş yalnız özünüz haqqında nə hiss etdiyinizdir.
İkinci qayda
Bədəninizin sizə bəxş etdiyi hisslərə köklənin: gəzmək, rəqs etmək, toxunmaq, qoxu hiss etmək və s. Bədəniniz hər gün sizə onlarla xoş anlar bəxş edir - onları əzabla deyil, sevinclə qəbul etməyi öyrənin.
Üçüncü qayda
Bədəninizə qulluq edin. Qəbul edin ki, heç kim sizinlə eyni görünmür. Özünüzü əzdirməyin, “at arabası” deyilsiniz. İzah edim: məsələn, idmanla məşğul olmağı sevirsiniz? Bunu yalnız zövq və bədinin sağlamlığı naminə edin, kiminsə sizə müsbət və ya mənfi qiymət verməsi üçün deyil.
Yeri gəlmişkən, yalvarıram, bədəninizi "sinəm gözəldir, amma üzümü bəyənmirəm" və.s. kimi sözlərlə "hissələrə bölməyin". Əsl sevginin heç bir şərti yoxdur. Əzizlərim, yalnız özünü sevən və qəbul edənlər kimisə həqiqətən sevə bilər. Özünü sevmək dəbdəbə yox, zərurətdir. Bunu heç vaxt unutmayın!
Aytən Məftun
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)

.jpg)