Tarix
İstədiyi bütün qərbli qızlarla sevişən, porno aşiqi olan, eşqbazlığı ilə ad çıxaran SULTAN - - FOTOLAR
Dünya liderlərinin qəribəlikləri, xəstəhal maraqları zaman-zaman adi insanları təəccübləndiməkdə davam edir. Hətta onların arasında elə meyillər var ki, bəzən bunu tarixdən silməyə cəhd edirlər. Çünki qloballaşan, bir-birinə inteqrasiya edən dünya xalqları arasında həmin liderin rəhbərlik etdiyi ölkə vətəndaşları buna görə çox utanır, lağ hədəfinə çevirilirlər.
Bizim araşdırma hədəfimizə isə öz qəribə meyilləri ilə çılğın hökmdarlar sırasına düşmüş Misir sultanı I Farukdur.

Publika.az xəbər verir ki, I Faruk (1920-1965) hakimiyyətdə olduğu 1936-1952-ci illərdə nəinki təəbəsinin, hətta öz ailəsinin də nifrətini qazanmışdı. Buna səbəb sultanın müsəlmana yaraşmayan davranışları, utancverici hərəkətləri, eləcə də ölkə idarəçiliyində yol verdiyi səhlənkarlıq, habelə Avropadan asılılığı idi.
Yaraşıqlı sultan rəsmən iki dəfə evli olub. Birinci xanımı Fəridə adı ilə tanınan Safinaz Zülfüqar olmuşdu. Bu evlilikdən oğlu olmadığı üçün o, ikinci dəfə adi ailədən olan 16 yaşlı Nəriman Sadek adlı qızla evlənir. Vəliəhd doğan bu qızla evlilik pozulmalı olur. Çünki Misir qanunlarına görə sultanın xanımı yalnız yüksək təbəqədən olmalıydı.
İndi sultanın rəsmi bioqrafiyadan kənarda qalan həyatına göz ataq: I Faruk çoxsaylı sevgi münasibətləri ilə yadda qalıb. O, əsasən qərbli xanımlara meyilli olduğu üçün sevgililəri də başqa millətdən olurdu. Xüsusən də tanınmış ingilis yazıçısı Barbara Skelton və italiyalı müğənni İrma Kapeçe-Minutolo ilə münasibəti çox danışılırdı. Hətta müğənni iddia edirdi ki, sultanla gizli nikaha da daxil olub.

Bura qədər təəccüblü deyil. Bütün hökmdarlar kənar sevgiləri və hərəmxanaları ilə yadda qalıb. Amma Farukun digər “həmkar”larından fərqi onun gizli meyli idi, yəni azyaşlı oğlanlara həvəsi! Belə deyilir ki, dünyanın ən böyük porno kaset ehtiyatı məhz bu sultanda olub. Bu porno kasetləri qərbdə hətta porno xəzinə də adlandırırlar. Bu kasetlərin isə yalnız cüzi hissəsi peşəkar aktrisaların çəkildiyi filmlər olub. Qalanları ya həvəskarlar tərəfindən, ya da gizli çəkilmiş lentlər idi.

Üstəlik sultan hakimiyyətdə olduğu dönəmdə porno xəzinəsindən utanmırdı, hətta fəxr edirdi ki, Romadan Qahirəyə qədər bütün gözəl qadınları bu kasetlərdə görmək olar. Sultanın keçmiş sutenyorlarından olan və sonralar memuarlarını yazan Skott Bauers bildirir ki, bu pornolentlərdə həm sultanın özünün, həm də başqa nüfuzlu kişilərin azyaşlı oğlanlarla “macəra”ları yer alırdı. Qəribədir ki, Faruk hakimiyyəti süqut edəndə bu kasetlərin böyük əksəriyyəti oğurlanmışdı. Əvvəlcə düşünülürdü ki, bunu atasını taxtdan salan oğlu II Əhməd Fuad oğurlatdıraraq məhv etdirib. Amma sonralar bəlli oldu ki, kasetlər başqalarının əlindədir, çünki onlar Avropada buna maraqlı adamlar arasında əlbəəl gəzirdi.

Sultanın daha bir qəribəliyi onun əliəyriliyində idi. Var-dövləti başından aşan bu adam başqalarının qiymətli əşyalarını oğurlamağı sevirdi. Hətta Uinston Çörçil kimi bir nüfuzlu siyasətçinin saatını da oğurlamışdı. Sonra üzə çıxanda tapdığını demişdi.
Bir səhər yuxudan oyanıb deyir ki, yuxudan üstünə şirlər hücum edib. Ləngimədən əlinə silah alıb Misir Dövlət Zooparkına gəlir və bütün şirləri güllələyir.

Nəhayət, Faruk dünya üzrə yeganə liderdir ki, Hitleri gül-çiçəklə qarşılayıb. Faşistlər Misirə girməzdən öncə Hitlerə teleqram göndərib ki, nə vaxtdır, ölkəsinin belə alicənab ordu tərəfindən işğal olunmasını gözləyirmiş.
Sultan Faruk 1952-ci ildə devriləndə onun porno xəzinəsindən başqa, həm də oğurladığı çoxsaylı bahalı əşyalar da üzə çıxır. Həmin əşyaların da taleyi bəlli deyil. Amma bəlli olan Misir tarixçilərinin bu hökmdar haqqında qaranlıq faktları elə zülmətdə saxlamağa can atmasıdır.
Şəfiqə ŞƏFA
-
Nəqliyyat00:12Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
















.jpg)

















.jpg)