Tarix
Hüseyn Cavidin xanımı Stalinə nələr yazmışdı? - ÜSYAN DOLU MƏKTUB
Böyük dramaturq Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın Stalinə göndərdiyi məktub o illərin repressiyasını daha aydın gözlər önünə sərir.
Publika.az Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın Sovet lideri Stalinə yazdığı məktubu təqdim edir:
"Əziz yoldaş Stalin! Mən sizə ikinci dəfədir yazıram. Amma hələ də cavab yoxdur. Mənim həyat yoldaşım Hüseyn Cavid 1937-cildə Azərbaycan NKVD-si tərəfindən həbs olunub. 1939-cu ildə isə 8 illik uzaq şərqə sürgün olunub. Azərbaycan prokurorluğuna da müraciət etmişik, ancaq hələ də cavab ala bilməmişik. Hüseyn Cavid 1882-ci ildə anadan olub. 16 yaşından yazıçılıq fəaliyyətinə başlayıb. Çoxlu sayda pyeslər yazıb. Onun pyesləri gürcü, erməni və tatar xalqları arasında məşhurdur. O, ötən dekadada Türkmənistan Dram Teatrında 2 yeni pyesini hazırladı, hansı ki, sonradan hər ikisi repertuardan çıxarıldı. Son 40 ildə o, Azərbaycan mədəniyyət və incəsənətində önəmli rol oynayıb. Onu "Azərbaycanın Şekspiri”adlandırırdılar. Bədxahlar onun xalqın düşməni olduğunu deyirlər. Lakin o, heç vaxt belə olmayıb və olmayacaq da! O, incəsənətimizə əlavə qatqılar gətirə bilər.Sizin ədalətli olmağınızı nəzərə alıb, sizə müraciət etdim, yoldaş Stalin.
Sizə sədaqətli olan Mişkinaz Cavid
Ünvan: Bakı, Sovetski küçəsi, ev 92”
Xatırladaq ki, Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Kəngərli rayonunda dünyaya gəlib. "Peyğəmbər”, "Topal Teymur” əsərlərinin, "Səyavuş”, "Xəyyam” tarixi dramlarının, ilk mənzum faciənin (Şeyx Sənan) müəllifi olan Cavid əfəndi ədəbiyyatımızın dayaq sütunlarındandır.
O, 1937-ci ildə Sibirə sürgün edilib, 1941-ci ildə isəİrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib. Görkəmli dramaturqun nəşi1982-ci ildə Sibirdən vətənə gətirilib.
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü






.jpg)





.jpg)
















.jpg)










