Tarix
TÜRK kişinin pul qazanmaq üçün seçdiyi AĞLAGƏLMƏZ YOL: qızlarını hər kəsə... - FOTOLAR
XIX əsrdə səyyar sirk və teatrlar çox böyük əyləncə hesab olunurdu. Buna görə də başqalarından ya gözəlliyinə, ya da hansısa qabiliyyətinə görə fərqlənən gənclər belə sirk və teatrlara qatılmaq, onların bir üzvü olmaq üçün əldən-ayaqdan gedirdilər. Çünki həm şöhrət qazanacaqdılar, həm də nağılvari sərvətə yiyələnəcəkdilər.
Publika.az bildirir ki, şöhrət qazanmış sirk aktisaları arasında ən çox diqqət çəkənləri Sazerland soyadlı bacılar idi. Bu qızları şöhrətləndirən isə onların saçları idi.

Sara, Viktoriya, İzabella, Qreys, Naomi, Dora və Meri bacıları 1845-1865-ci illər arasında doğulmuşdular. Onların ataları türk əsilli kasıb bir fermer idi. Qızların anası onların saçını kəsdirməyə qoymurdu. Möhkəm olsunlar deyə qızlarının saçına müxtəlif ot dəmləmələri sürtürdü. Uşaqları məktəb vaxtı çox lağa qoyar, at quyruğu deyərdilər. Amma yetkinlik yaşlarına çatanda bu qızlar şəhərdə məhz saçlarına görə tanındılar. Ataları görəndə ki, hamı onun qızlarına heyranlıqla baxır, ağlına yaxşı bir fikir gəldi: qızları ilə birlikdə ölkəni dolaşıb vokal konsert versin. Çünki o zamankı ailələrdə qızlar mütləq hansısa musiqi alətində ifa etməyi öyrənməli idilər. Ona görə də onlardan yaxşı ansambl düzəltmək olardı. Ancaq bacılar musiqilərinə görə deyil, saçlarına görə tezliklə şöhrət tapdılar.

1884-cü ildə məşhur sirk Barnuma və Beyli ailə ilə müqavilə bağlayır. Az keçmiş bu qızların qazancı sirkin ümumi gəlirindən çox olur. Qısa müddətdə əldə olunan xeyli qazanc bahalı geyimlərə, evlərə, qulluqçulara, içki məclislərinə xərclənib bitir. Bu zaman tədbirli atanın ağlına daha maraqlı fikir gəlir: arvadının hazırladığı saç məlhəmlərini qablaşdırıb satsın. Reklamı da qızlar etsin. O zamankı dövr üçün baha hesab olunan 1,5 dollardan belə məlhəmlər satılmağa başladı. Reklamda deyilirdi ki, saçlarınızın Sazerland bacılarındakı kimi olmasını istəyirsizsə, mütləq bu məlhəmləri alın.

Tezliklə bu üsulla da varlandılar. Amma qızlar onları əhatə edən alfons kişilərdən ehtiyat edirdilər ki, var-dövləti onlara yedirməsinlər. Ona görə də bacılardan yalnız 3-ü ərə gedə bilmişdi. Lakin müflis olmaq onların taleyinə yazılmışdı. 1920-ci ildə uzun saçlar yerini qısa saçlara verəndə qızların dövrü bitdi. Artıq onlardan başqa heç kim uzun saç saxlamırdı. 1938-ci ildə əllərində yeganə əmlak olaraq qalmış malikanələri də külü çıxana qədər yandı. Bacılar ömürlərinin qalan hissələrini yoxsulluq içində keçiriblər. Amma heç vaxt onlara şöhrət və sərvət gətirən saçlarını kəsdirməyiblər.

Şəfiqə ŞƏFA
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar













.jpg)





















.jpg)