25 arvadlı, poliqlot İran hökmdarı haqqında maraqlı faktlar - - FOTOLAR
Bizi izləyin

Tarix

25 arvadlı, poliqlot İran hökmdarı haqqında maraqlı faktlar - - FOTOLAR

47 il hakimiyyətdə olan Nəsrəddin şahın dövründə İran mədəni inqilab keçirib.

Son günlər sosial mediada gündəmdən düşməyən İran şahının xanımı Anis el-Doleh haqqında maraqlı faktlar ortaya çıxıb. O, 3 min illik İran dövlətinə başçılıq edən Nəsrəddin şahın ən sevimli arvadı olub. 47 il hakimiyyətdə olan Nəsrəddin şahın dövründə İran mədəni inqilab keçirib. Ölkədə bir sıra yeniliklər baş verib.

Publika.az sizə Nəsrəddin şah və arvadı Anis el-Doleh haqqında bilmədiyiniz maraqlı faktları təqdim edir:

3 min illik İran dövlətində ən uzun səltənət sürən hökmdar məhz Nəsrəddin şah olub. Əsl adı Nasser al-Din olan hökmdar 1848-ci illərdə tarixdə Nəsrəddin şah olaraq tanınıb. Nəsrəddin şah İran hökmdarları arasında yeganə gündəlik tutan şah olub. O, baş verən bütün hadisələri öz gündəliyində qeyd edirdi.

Hərəmxanasında 100-dən çox qadını olub. O illərdə İranda Avropa adətlərini xatırladan eyş-işrət məclislərinin keçirildiyi obyektlər, tütün, qəlyan istifadəsinə qadağa qoyulmuşdu. Lakin Nəsrəddin şahın apardığı islahatlar bu qadağaları aradan götürdü. O, hətta qadınların belə tütün və qəlyan çəkməsinə icazə verirdi.

Tarixdə Avropaya səfər edən ilk müasir fars sülaləsinin nümayəndəsi olub. Nəsrəddin şah poliqlot olub desək, yanılmarıq. Alman, fransız, fars, flandriya dillərini mükəmməl bilirdi.

O, hakimiyyəti illərində din xadimlərinin gücünü məhdudlaşdırıb, əhalini teleqraf və poçt xidmətləri ilə tanış edib, yeni yollar inşa edib, qərb ölkələrinin təhsil sisteminin tətbiq olunduğu ilk məktəbi açıb və Fars krallığının ilk qəzetini çıxartdırıb.

O həm də özünü fotoqraf kimi sınayan ilk hökmdar olub. Özünün və yoldaşlarının fotolarını çəkən hökmdarı fotoların ağası adlandırırdılar.

Nəsrəddin şahın nə az, nə çox, düz 25 arvadı olub. O dövrün ən gözəl qadını olan Anis el-Doleh də hökmdarın arvadlarından biri idi. 145 nəfərdən çox insanın aşiq olduğu, 13 nəfərin rədd cavabı alaraq intihar etdiyi bu gözəllik mələyi haqqında tarixi sənədlərdə heç bir məlumat olmasa da, hökmdarın gündəliyində onun haqqında yazıların olduğu deyilib.

O vaxt Fars qadınlarının dəbdəbəli həyatlarının ən çətin qaydası onların üzlərindəki tükləri ala bilməmələri idi. Qadınların üzlərindəki tükləri alması qəti şəkildə qadağan idi. Sosial şəbəkələrdə hökmdarın gözəl arvadının bığ və saqqalları uzanmazdan əvvəlki və sonrakı halının fotoları mövcuddur.

Daha maraqlı məqam o idi ki, üzlərindəki tüklərin alınmasını qadağan edən rejim qadınlara qısa ətəklər geyib, açıq-saçıq şəkildə küçələrdə dolaşmağa icazə verirdi. Bu vəziyyət yalnız fars qadınlarının deyil, bütün dünya üzrə qadınların müasirlik simvolu hesab edilirdi.

1896-cı il aprel ayının 30-da xalq şahın islahatlarına qarşı çıxmağa başladı. Üsyana səbəb olan islahatlar həm də Nəsrəddin şahın sui-qəsd nəticəsində öldürülməsinə gətirib çıxartdı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm