Tarix
"Şeytan vadisi" ilə bağlı yeni faktlar aşkarlandı - FOTOLAR
Dünyada turistlərin maraq göstərdiyi yerlərin əksəriyyəti Avropa ölkələrində yerləşir. İnsanlar əsasən tarixi və qeyri-adi görünüşü olan abidələrin yerləşdiyi ərazilərə turistik səfər etməyi sevir. Sirli tarix, gizli qalan məqamlar istənilən insanın marağına səbəb olur. Belə sirli və möcüzəli yerlərdən biri isə Türkiyənin Mərsin bölgəsində yerləşən "Şeytan dərəsi" vadisidir. Dünyanın ən əhəmiyyətli turistik yerlərindən biri olan bu vadidə dərələrin sıldırım yamaclarına baxanda görünən mənzərə insanları vahiməyə salır.
Publika.az uzun illərdir sirri açılmayan "Şeytan Vadisi" haqqında maraqlı faktları təqdim edir:
Tədqiqatçıların dediyinə görə, bu sıldırım qayarların nə zaman və kimlər tərəfindən işləndiyi dəqiq məlum deyil. Lakin rəvayətə görə, Hellenistik dövrə aid olduğu güman edilən ərazi antik dünyada Yunan təsirinin yüksək həddə çatdığı dövrə təsadüf edir. Bu dövr klassik Yunan dövründən əvvəl mövcud olub. Qayalar Yunan mədəniyyətinin bir qolu kimi izah edilir. Turistlərin bu yerlərə olan marağı bəlkə də bu səbəbdəndir. Vadinin yamaclarında yonularaq düzəldilmiş müəmmalı insan fiqurları "Adam qayaları" adlanır. Qayaların hekayəsi isə çox qədim dövrlərə söykənir.
Bu relyerflərin b.e.ə. 3-cü əsrə aid olduğu güman edilir.
"Adam qayalar" iki qrupa bölünür: bir qismi "Şeytan vadisi"ndə qayalarda oyulmuş olan insan fiqurları, ikinci qismi isə vadinin şimal-şərqində yerləşən yaşayış yerlərindən günümüzə qədər gəlib çıxmış qalıqlar.
Ətrafındakı qala divarları buranın mühafizə məqsədli istifadə olunduğunu deməyə əsas verir. Tədqiqatçıların fikrincə, sahildən bölgələrə gedən dərə yollarına burdan nəzarət edilirmiş.
"Adam qayalar"ının kimlər tərəfindən və nə zaman düzəldildiyini araşdırmaq üçün tədqiqatçılar çərçivələri incələyiblər. Bu zaman hər çərçivənin altında müəyyən bir adın yazıldığı məlum olub. Güman edilir ki, yazılarda ölən keşişlərin adı həkk olunub. Bu yazılar əsasında "Adam qayalar"ının təxminən 2500 yaşı olduğu deyilib.
Hərflər əsasənda yazıların miladdan sonra 2-ci əsrdə yazıldığı bildirilib. Qayalarda yonulmuş şəkildə 11 kişi, 4 qadın, 2 uşaq, bir dağ keçisi və Roma qartalı fiqurlarına rast gəlinib. Bu fiqurların insanların yaxınları tərəfindən düzəldilyi düşünülür. Məqsəd bu ərazinin müqəddəsləşdirilməsi və burada yaşamış şəxslərə minnətdarlıq olaraq xatirə abidəsinin qoyulmasıdır.
Uzun müddət heç bir abadlıq aparılmayan abidələrin bir qismi ovularaq formasını itirsə də hələ də yerli və əcnəbi turistlərin diqqətini çəkə bilir.
Könül Cəfərli
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama






.jpg)
























.jpg)








