Qiymətli tacların tarixi haqqında maraqlı faktlar - FOTOLAR
Bizi izləyin

Tarix

Qiymətli tacların tarixi haqqında maraqlı faktlar - FOTOLAR

Bu gün o dövrdən qalan xəzinələr məşhur London qalasında saxlanılır.

İngiltərədə respublika elan edilən dövrdə, 1649-60-cı illərdə monarxiya dövrünün krallarına məxsus bütün qiymətli əşyalar ya əridilmişdi, ya da oğurlanmışdı. Respublika dövrü uzun çəkmədi. Yenidən monarxiya dövrü yaşayan İngiltərədə kral hakimiyyəti bərpa olmağa başladı. Bu gün o dövrdən qalan xəzinələr məşhur London qalasında saxlanılır.

Müqəddəs Eduardın tacı -1661-ci il

İkinci Karlın Vestminster kilsəsində keçirilən tacqoyma mərasimi üçün hazırlanıb. Füsunkar quruluşa malik tacın çəkisi təxminən iki kiloqramdır. Bu səbəbdən kraliça Viktoriya tacı istifadə edə bilmirdi. Daha sonra o, eyni gözəllikdə daha yüngül yeni bir tac hazırlanmasını əmr etdi. 1838-ci ildə keçirilən tacqoyma mərasimdə məhz yeni hazırlanmış tacdan istifadə edilib. Lakin 1911-ci ildən sonra tacqoyma mərasimlərində yenidən müqəddəs Eduardın tacından istifadə olunmağa başaldı.

Britaniya İmperiyasının tacı - 1837-ci il

Bu gözəl tac kraliça Viktoriyanın şərəfinə 1837-ci ildə hazırlanıb. 7 il sonra saray hersoqlarından biri ehtiyatsızlıq ucbatından qəflətən tacı əlindən salıb. İstifadəyə yararsız olan tac praktik olaraq yenidən hazırlanmalı idi. 1911-ci ildə əvvəlki tacın surəti əsasında, bütün qiymətli daş-qaşlardan istifadə olunaraq hazırlanan yeni tac, nisbətən daha yüngül və əlverişli olur.

Müxtəlif dövrlərdə bu tac özü də bir neçə dəfə dəyişikliklərə məruz qalıb. Hazırda London qalasında mühafizə olunan tacın cəkisi 910 qramdır. 1937-ci ildə dördüncü Qeorq, 1953-cü ildə isə İkinci Yelizavetanın tacqoyma mərasimində Britaniya İmperiyasının tacından istifadə olunub.

Britaniya Tacının məşhur qiymətli daşları

Britaniya taclarının üzərinə səpilmiş qiymətli daş-qaşlar arasında bir neçə unikal və olduqca dəyərli nadir daşlara rast gəlinir.

Tacın üstündəki Malta xaçının bəzədilməsində istifadə edilən təmtəraqlı göy yaqut Müqəddəs Eduarda aid üzükdən götürülmüşdür. Qara Şəhzadənin xaçında istifadə olunmuş 170 karatlıq al qırmızı rəngli yaqutun çəkisi 34 qramdır. Yaqutun rəngi özündə tarixi qətilləri və çoxsayda ölən insanın qanının əks etdirir.

Yaqutun altında dünyanın ən böyük brilyantlarından biri hesab olunan Kullinandan istifadə edilib. Bu brilyantın maraqlı tarixçəsi var. 1905-ci ildə Cənubi Afrikada yerləşən Britaniya koloniyalarının birindən çəkisi 94 ton qızıla bərabər olan 3100 karatlıq nəhəng almaz tapılıb. Tapılmış almaza Kullinan adı verilib. Təəssüf ki, almazın üzərində aşkarlanan çatlar onun müəyyən hissələrə parçalanmasına səbəb olub. Almaz doğranması üçün işinin peşəkarı olan zərgərə verildi. Zərgər almazın doğramasına bir neçə ay vaxt sərf edib.

Onu düzgün hissələr bölmək üçün sadəcə bir dəqiq zərbə lazım idi. Nəhayət nəhəng almazın bölünməsindən sonra iki ədəd böyük, yeddi ədəd orta və çoxsayda kiçik parçalardan ibarət 105 brilyant əldə olundu. Böyük və orta brilyantların adını dəyişdirmədən nömrələməyə başladılar. Kiçik brilyantlara isə Kullinan-1 və Kullinan-2 olaraq adlandırdılar. Hazırda 530 karatlıq Kullinan-1 brilyantı kralın əsasını, 317 karatlıq Kullinan-2 brilyantı isə Britaniya imperiyasının tacını bəzəyir.

Almazın arxasında uzunluğu 2,5, eni 3,8 santimetr olan 104 karatlıq gözqamaşdıran Styuart yaqutu yerləşir. Bu füsunkar taclarla yanaşı, bir çox digər dəyərli əşyalar da London qalasında saxlanılır.

Hindistanın və kraliça Mariyanın tacı

Britaniya qanunlarına görə, kral reqaliyalarının ölkə hüdudlarından kənara çıxarılması qəti sürətdə qadağandır. Bu səbəbdən Hindistana səfər edəcək olan Beşinci Qeorq və kraliça Mariya cütlüyü üçün xüsusi olaraq iki gözəl tac hazırlanıb. Onlar bu tacdan yalnız bir dəfə səfər ərəfəsində istifadə ediblər.

Kraliça Yelizavetanın tacı - 1937-ci il

Britaniya İmperiyasına məxsus taclar içərisində bu platindən hazırlanmış yeganə tacdır. Çəkisi 500 qram olan bu tac 1937-ci ildə Dördüncü Qeorqun arvadı Yelizavetanın tacqoyma mərasimi üçün xüsusi olaraq hazırlanmışdır. 2800 brilyantla bəzədilmiş tacın ən dəyərli parçası dünyada ən məşhur və qiymətli daşlardan hesab olunan 105 karatlıq Hind almazı "Koxinur"dur.

Maraqlı və sirli tarixi olan mövzunun əsas düşündürücü sualı başqadır. Tədqiqatçılar hələ də orta əsr İngiltərə tarixində istifadə olunan tacların içərisində bu günə qədər niyə məhz şəhzadə Blanşın tacının salamat qaldığını izah edə bilmir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm