Paytaxtın ən VAHİMƏLİ YERLƏRİ: tükürpədici hadisələrin olduğu bu məkanlara əsla getməyin - - FOTO
Bizi izləyin

Tarix

Paytaxtın ən VAHİMƏLİ YERLƏRİ: tükürpədici hadisələrin olduğu bu məkanlara əsla getməyin - - FOTO

Moskva – dünyanın ən böyük və tarixi şəhərlərindəndir. Bir şəhərin ki, tarixi və əfsanələri çox oldu, o zaman burada miflərin dolaşması da təəccüblü olmaz. Bu şəhər də izaholunmaz hadisələrdən, yerlərdən hali deyil.

Publika.az sizi Moskvanın ən qorxulu yerlərinə virtual olaraq aparacaq:

Napaleon Kurqanları

Hələ 1812-ci ildə fransız əsgərləri məğlubiyyətdən sonra şəhəri tərk edərkən, çoxuna vətəninə qayıtmaq müyəssər olmamışdı. Onlar Maloyaroslavtsev deyilən ərazidə kütləvi həlak olmuşdular. Deyilənə görə, bu ərazi xəritəyə düşməyib, heç elektron xəritələrdə də tapmaq olmur. Ora yalnız fərdi olaraq getmək mümkündür. Onda da insanı qəribə vahimə bürüyür. Xüsusən də saat 12-18 arasında. Günün bu saatı aydınlıq olsa da, həmin vaxt kəsimində ərazidən keçənlərdə qarabasma olur. Burada kimsə elektrik əşyası işlədəndə (telefon, elektrik mişar və s.) həddən artıq güclü səs çıxır.

Basurman sərdabələri

1771-ci ildə Basurman qəbiristanlığını genişləndirməyə qərar verilib. Ərazidə əcnəbilər çox olduğu üçün məzarlığı genişləndirməkdən və pravoslav, katolik hissələrə ayırmaqdan başqa çarə qalmayıb. Burada qürbət həyatı yaşamış almanlar, polyaklar, fransızlar və b. millətlərin nümayəndələri basdırılıb. Yağış yağanda insan ağlamağına bənzər səs eşidilir. Bəzən səhərlər də insanlar ağlamaq səsinə ayılırlar. Gündüzlər isə sanki həzin ney çalınır.

Beriyanın evi

SSRİ məmurlarından olmuş Beriyanın qəddarlığı haqqında məlumat vermişdik. Deyilənə görə, bu manyak rəhbərin evinin zirzəmisində işgəncə ilə öldürülmüş qadın və kişilərin meyiti saxlanılıb. Odur ki, bu bina əsl mistika ocağıdır. Bildirilir ki, binanın Aşağı Nikitski dalanına tərəf künc divarına söykənəndə və gözlərini yumanda qəribə səslər gəlir. Elə bil gözüyumulu represiya haqqında filmə baxırsan. Çırpılan maşın qapısının səsi, addımlar, yalvarış, qışqırıq səsləri eşidilir. Hətta qadın gülüşü, sonra işgəncə çəkərkən fəryadını da eşitmək mümkündür.

Ölüm monastırı

XVII əsrdə I Pyotrun bacısı Sofiya ilə Xovanski knyazı arasında gizli eşq yaşanıb. Bundan sonra 1682-ci ildə knyaz və onun azyaşlı uşaqları aldadılaraq Troitski monastırına aparılıb və orada hamısı edam edilib. Əsrlər keçsə də bu ərazidəki patoloji hallar haqqında şayiələr səngiməyib. Çünki burdan geçə keçənlər mütləq vahimələnirlər. Hətta indiki dövrdə maşınlar da keçəndə sanki yoluna qəfil nəsə çıxmış kimi çaşıb qəza törədirlər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm