Tarix
Yaxın qohumları ilə evlənən MƏŞHURLAR - FOTOLAR
Tibb mütəxəssisləri yaxın qohumların evliliyinə qarşı çıxırlar. Səbəb isə belə evliliklərdən dünyaya gələn uşaqlarda müəyyən fiziki və əqli məhdudiyyətlərin olması ehtimalıdır. Belə hesab edilir ki, modern cəmiyyətlərdə qohum evliklərinə münasibət yaxşı deyil, mənfi baxılır. Amma tarix göstərir ki, heç də bütün qərblilər belə evliliyə mənfi baxmayıblar.
Publika.az qohumları ilə evlənmiş tarixi şəxsiyyətləri diqqətinizə çatdırır:

Alim, fizik Albert Eynşteyn – onun 1919-cu ildə nikahına aldığı həyat yoldaşı ilə ikiqat qohumluğu vardı. Həm xalası qızı idi, həm də qızın atası ilə alimin atası arasında qohumluq əlaqələri vardı.

Daha bir alim Çarlz Darvin də əmisi qızı ilə evlənib. Cütlüyün 10 uşağı olub. Onlardan 3-ü uşaqkən xəstəlikdən dünyasını dəyişiblər. Qalanları da çəlimsiz, xəstəhal böyüyüblər. Bunu yaxın qohumların nikahı ilə əlaqələndirirlər.

Amerikalı yazıçı və şair Edqar Alan Po 27 yaşındaykən 13 yaşlı xalası qızı ilə evlənib. Bu nikahı heç bir kilsə qeydə almaq istəmədiyi üçün cütlük bir müddət nikahsız yaşayıb. Ta ki qızın yaşı izdivac həddinə çatana qədər. Yazıçının xanımı Virciniya 24 yaşında dünyasını dəyişib.

Briyaniyalı yazıçı-fantast Herbert Uells 1891-ci ildə öz əmisi qızı ilə evlənib. Amma dörd ildən sonra boşanmalı olublar. Buna səbəb yazıçının çoxsaylı xəyanətləri olub. Deyilənə görə, Uells heç bir “ətəy”i əldən vermirmiş.

Görkəmli rus bəstəkarı İqor Stravinski də öz xalası qızına aşiq olduğundan 1905-ci ildə onunla kilsədə izdivac bağlamaq istəyəndə kilsə bundan imtina edib. Amma bir ildən sonra kilsə güzəştə gedib, çünki cütlüyün artıq uşağı dünyaya gəlmişdi.

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt gənckən anasının iradəsinə zidd gedərək ata tərəfdən qohumu olan Eleonora Ruzveltlə ailə qurub. Cütlüyün 40 illik evliliyindən 6 uşaqları dünyaya gəlib.

Dünyanın ən yaşlı monarxı, Böyük Britaniyanın hazırki kraliçası II Elizabet də qohumu olan Edinburq hersoqu Filiplə evlənib. 1947-ci ildə bağlanan nikahdan cütlüyün 4 övladı var.

Daha bir Britaniya kraliçası Viktoriya da 1840-cı ildə öz əmisi oğluna ərə gedib. Bu nikahdan iki övladları dünyaya gəlib. Şahzadə Albert 42 yaşında dünyasını dəyişdikdən sonra Viktoriya bir daha ərə getməyib.
Şəfiqə ŞƏFA
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama






.jpg)
























.jpg)








