Tarix
Aftafa tutmaqdan VƏZİFƏYƏ: birinci şəxslərin məhrəm qulluqçularının PARLAQ HƏYATI - - FOTO
Bizdə belə bir misal var: “Padşahın piyada getdiyi yer” – hökmdarın təbii ehtiyacını ödəmək üçün kiminsə və ya nəyinsə xidmətindən istifadə etməməsinə işarədir. Amma qərblilər bizdən fərqli olaraq hökmdarlarının həmin işlərinə də müdaxilə edirmişlər. Müdaxilə deyəndə ki... kral və ya kraliça təbii ehtiyacını ödəyərkən onun yanında olub, prosesdən sonra ali həzrətlərinin mübarək arxalarını təmizləmək işi nəzərdə tutulur.

Təsəvvür edin, düz XX əsrə qədər (!) Avropada “Kral stulunun qoruyucusu” adlı vəzifə varmış: loru dilə tərcümə etsək – aftafatutan. Bu adam kral və ya kraliça ilə xüsusi bir otaqda tək qalaraq məxmərlə örtülü, bahalı mebeldən düzəldilmiş, yumşaq oturacaqlı “qarşok”u hokmdarın altına qoyur, o da işini bitirəndən sonra yanını silirmiş. Kral işini çətin görəndə isə əlində hazır tutduğu imalədən istifadə edirmiş. Həm də bu işi sıravi qulluqçu edə bilməzdi. Çünki monarx müqəddəs hesab olunurdu. Onun arxasını təmizləyən də nəsli-nəcabəti olan, zadəgan ailəsindən çıxmalıydı.

Publika.az bildirir ki, bu vəzifə heç də alçaldıcı hesab olunmurmuş, əksinə ən hörmətli vəzifələrdən sayılırmış. “Kral stulunun qoruyucusu” vəzifəsi uğrunda sarayda inanılmaz intriqalar gedirmiş. Məmurlar öz gənc uşaqlarını bu vəzifəyə keçirmək üçün bir-birini didirdilər. Çünki bu vəzifəni tutan adamlar krala ən yaxın hesab olunurdular. Bəs necə? Camaat kralın sifətinə həsrət qalanda bu adam kralın “görünməz”ini də görürdü! Kral da arvadının yanında eləmədiyi işi buna etibar etdiyi üçün ən gizli sirlərini də onunla bölüşürdü. Zaman keçdikcə kralın ən yaxın məsləhətçisinə çevrilib, sonralar vəzifə alırdı. Məsələn, III Georqun yanını təmizləyən qraf Con Stüart tezliklə İngiltərənin baş naziri vəzifəsini almışdı.

Şəfiqə ŞƏFA
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi





















.png)
















