Tarix
Burada insanlar qurban kəsilirmiş
Meksikanın paytaxtı Mexikonun mərkəzində arxeoloqlar asteklərin qədim məbədini və insanların qurban kəsilən meydanını üzə çıxarıblar.
Publika.az xəbər verir ki, tikilidən Kesalkoatl adlı tanrının heykəli, pilləkən və tribunanın bir hissəsi qalıb. Məbəd dəyirmi formada olub, hündürlüyü isə 4 metrə çatıb.
Qazıntılar zamanı tapılan insan sümüklərinin boyun hissəsində kəsiklər olması və ya kəllə sümüklərinin ayrıca tapılması bu insanların qurban kəsildiyinə dəlalət edir. Qurban kəsilənlər isə əsirlər və ya asteklərin top oyununda uduzanlar olurdular. Amma bu oyun dini ayin sayılmırdı, onu əyləncə və kişilik göstəricisi olaraq oynayırdılar. Qurbankəsmə isə tanrının şərəfinə icra edilirdi.
Tapılan məbəd və qurbangah 1521-ci ildə ispan konkistadorlarının xaraba qoyduğu Tenoçtitlan şəhərində yerləşirmiş.
Şəfiqə ŞƏFA
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi





















.png)
















