Tarix
Monarxların möhtəşəm tac kolleksiyası - FOTO
Qeyri-adi cəvahiratlar həmişə heyranlıq və həsəd doğurur. Nəzərə alsaq ki, bütün kral ailələrində belə daş-qaşlar saysız-hesabsızdır, o zaman Avropanın ən böyük krallığı olan Böyük Britaniyanın cəvahirat kolleksiyasına tamaşa etmək yerinə düşərdi. Xüsusilə ən uzunömürlü monarx olan II Elizabetin tacları daim diqqət mərkəzində olub. Yaşıyla və uzunmüddətli hakimiyyəti ilə əlaqədar olaraq kraliça müxtəlif əlamətdar hadisələrlə bağlı və ya irsən keçən taclara sahibdir. Taclar diademlər və tiarlara bölünür. Diademlər tiarlardan daha iri və təmtəraqlı olur. Tiar halq formasında, diadem isə başı tam tutan şəkildə olur.
Publika.az xəbər verir ki, II Elizabetin ən sıx istifadə etdiyi diadem atası IV Georqdan irsən keçmiş mirvari və brilyantlardan düzəldilmiş tacdır.


Xırda brilyantlardan düzəldilmiş bu tiar isə əvvəlcə kraliça Viktoriyaya aid olub. II Elizabet onu öz toyunda taxmışdı.

Daha bir toy hədiyyəsi olaraq nənəsi Mariyadan aldığı “Böyük Britaniya və Şimali İrlandiya qızlarından” adlı tiardır.

Kembric tiarını isə II Elizabet gəlini Dianaya toy hədiyyəsi olaraq bağışlamışdı.

“Vladimir tiarı” adlı bu tacı isə yenə də kraliçanın nənəsinə Rusiyadan mühacirət etmiş bir knyaz bağışlamışdı.


Kraliça öz toyunda Birma xalqı adından çox qiymətli yaqut daşlar hədiyyə almışdı. Daşlara valeh olan kraliça onlardan özünə daha bir tac düzəltdirmişdi.

Bu tac isə hind xalqı adından Elizabetə hədiyyə olunmuşdu, amma özündən çox anası bu taca heyran idi.

Bundan başqa, kraliçanın tac kolleksiyasında xeyli qiymətli daşlarla işlənmiş taclar da var ki, onlara şərhsiz də baxıb zövq almaq olar.



Şəfiqə ŞƏFA
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar



































.jpg)