Tarix
İsrailin bombaladığı dünyanın ƏN SİRLİ ŞƏHƏRİ - FOTO
Livanın şərqindəki Bəqa vadisində yer alan tarixi Balbek məbəd şəhəri dünyanın ən sirli şəhəri kimi tanınır. Bu sirli şəhər Livanın paytaxtı Beyrutun 86 km şərqində yerləşir.
Publika.az xəbər verir ki, sami irqindən olan Finikiya və Roma mədəniyyətlərinin iç-içə keçməsilə yaranan və mütəxəssislərin dünyanın ən görkəmli şəhəri kimi dəyərləndirdiyi Balbek bir çox mədəniyyətə ev sahibliyi edib. Təxminən 5000 yaşı olduğu deyilən şəhəri öncə finikiyalılar, daha sonra yunanlar və romalılar müqəddəs elan ediblər.
Şərqdən Qərbə uzanan ticarət yolunun üstündə yerləşən Balbek antik çağın Romadan sonrakı ən önəmli dini mərkəzi olub. Şəhər tarix boyunca bir çox müharibələrə şahidlik edib. Bizans, Səlcuq, Əyyubilər, Xaçlılar, Moğollar və Osmanlı hakimiyyətinə tabe olmuş şəhərə hər mədəniyyət bir özəllik qatıb. Şəhərin adı finikiyalıların ən güclü tanrısı “Baal”ın şərəfinə adlandırılıb. Yunanlar isə şəhərə Heliopolis, yəni “Günəş şəhəri” adını qoyublar.
Şəhərin inşasında 2000 ton daşdan istifadə edilib. Nəhəng sütunlar, antik dövrün sirlərlə dolu elm dünyası, müasir elmin əlinin çatmadığı bilgilər, gözqamaşdıran memarlıq abidələri Balbekə özəllik qatan detallardır.
Balbek 16-cı əsrdə Osmanlı imperatorluğunun hakimiyyəti altına düşüb. Həmin tarixdəki qeydlərə görə, şəhərin ən böyük məbədi olan Yupiter başda olmaqla, bir çox memarlıq əsəri qəzalı vəziyyətdə olub. 1900-cü illərdə almanlar osmanlıların icazəsi ilə burada qazıntı işləri aparıb və şəhərin torpaq altında qalan hissəsi üzə çıxarılıb. I Dünya Müharibəsində bölgə fransızların əlinə keçib və təmir işlərini fransızlar davam etdirib. Şəhər 1984-cü ildə YUNESKO-nun nəzarətinə götürülüb.
Livan ilə İsrail arasında 2006-cı ildə baş verən müharibədə şəhər bombardman edilib və memarlıq əsərləri ciddi zərər görüb.
Dünyanın ən böyük, ən qədim, ən sirli şəhəri kimi tanınan Balbekdə ən məşhur memarlıq abidələri isə Yupiter, Venera və Baççusdur.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
