Tarix
Azərbaycanın böyük dostunu niyə çərkəzlər qoruyur? - TARİXİ FAKTLAR/FOTO
İordaniya kralı, Azərbaycanın böyük dostu, II Abdullahın sarayından şəkillər paylaşılarkən, arxada Qafqaz çuxası geyinmiş hündür, qədd-qamətli qvardiyaçıları görmək olar.

Bilməyənlər təəccüblənir, İordaniya kralı ilə qafqazlıların nə əlaqəsi var?
Gəlin bu suala cavab verək.

Rusiya imperiyası 19-cu əsrin ortalarında Qafqazı tam işğal edəndən sonra Qafqaz xalqlarının bir hissəsi artıq öz vətənində yaşamaq istəməyib Osmanlı İmperiyasına köç etdi. Çərkəzlər, kabardin-balkarlar, Dağıstanda yaşayan digər xalqlar, ümumilikdə, bir milyona qədər insan doğma torpaqlarını tərk etdi.
O zaman Osmanlı imperiyasının ərazisi indiki İsrail, Fələstin, Suriya, hətta Misiri də əhatə edirdi.

Çərkəzlər indiki İordaniyanın paytaxtı Ammana gəlib çıxdılar. O vaxt bu ərazi Roma imperiyasından qalmış xarabalıqlardan ibarət idi.
I dünya müharibəsində ingilislər müstəqillik vədilə ərəb tayfalarının başını aldadıb, onları osmanlılara qarşı qaldırdılar, vaxtilə Osmanlı sarayında yaşayan, Məkkə şərifinin oğlu, peyğəmbər nəslindən olan Abdullah ibn Hüseyn türklərə qarşı çıxdı və 1922-ci ildə İordaniyanın əmiri təyin olundu.
Amma faktiki hakimiyyət 1946-cı ilə qədər ingilislərin əlində idi.
Osmanlı zamanında qardaşı ilə girov kimi İstanbulda sultan sarayında yaşayırdı, sonra Osmanlı parlamenti sədrinin müavini oldu. Amma sonradan türklərə qarşı çıxdı.
Məhəmməd peyğəmbərin nəslindəndir.
Növbə çatdı çuxalı çərkəzlərə...

I Abdullah bu torpaqlara gələndə bədəvi ərəblər ona qarşı çıxırlar, hətta öldürmək də istəyirlər.
Amma artıq sayları çoxalmış çərkəzlər Abdullahın tərəfini tuturlar, onu qoruyurlar.

Həmin vaxtdan bu günə qədər İordaniya padşahının sarayında mühafizə işi çərkəz xalqının nümayəndələrinə həvalə olunub. Kral qvardiyası onlardan ibarətdir.
Onlar öz milli geyimlərini bu günədək dəyişməyiblər.

İordaniya ordusunda, parlamentdə, diplomatlar arasında da çərkəzlərə rast gəlmək olar.

Mir Səməd
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var


















.jpg)


















.jpg)


