MDB
Rusiyadan ABŞ-ın nüvə addımına qarşı sərt reaksiya: "Top indi ABŞ və NATO-dadır"
Rusiya 6 ay sonra “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacaq.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Türkmənistanın paytaxtı Aşqabadda təşkil edilən mətbuat konfransında çıxış edən nazir bu addımı ABŞ-ın razılaşmadan çıxmasına reaksiya olaraq atıldığını qeyd edib.
“ABŞ-ın bütün ittihamlarına qarşı deyə biləcəyimiz hər şeyi dedik. Dövlət başçımız Rusiyanın mövqeyini ortaya qoydu. Eyni şəkildə qarşılıq verəcəyik. ABŞ razılaşmanı dayandırdı. Biz də eynisini etdik. Dolayısı ilə, 6 aylıq müddət başa çatanda ABŞ-ın razılaşmadan çəkilməyə dair rəsmi notası çərçivəsində müqavilə başa çatacaq. Lakin müqavilə və NATO-dakı müttəfiqlərimizlə müzakirə məsələsi ilə bağlı heç bir əskiklik yoxdur”-, Lavrov bildirib.
Rusiyanın Vyanada BMT-nin daimi təmsilçisi Mixail Ulyanov da ölkəsinin müzakirələrə açıq olduğunu bəyan edib: “Təhdid və lüzumsuz addımlara qarşı müdafiə tədbirləri alırıq. Top indi ABŞ və NATO-dadır. Vaşinqton və NATO-nun siyasətlərini gözdən keçirmək üçün hələ də vaxtları var”.
Zümrüd
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi

















.jpg)


.jpg)

















.jpg)