MDB
Qorbaçov Vaşinqtonun dünya ilə planını AÇIQLADI
ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla silahlanma sahəsində istənilən məhdudiyyətlərdən azad olmağa, mütləq hərbi üstünlüyü ələ keçirməyə cəhd edir.
Publika.az xəbər verir ki, bu haqda Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov “Vedomosti” nəşrinə müsahibəsində bildirib.
SSRİ-nin sabiq prezidentinin fikrincə, Vaşinqton belə qərara öz iradəsini dünyaya diktə etmək üçün gəlib. Bundan başqa, Qorbaçov vurğulayıb ki, ABŞ-ın müqavilədən çıxışı hadisələrin gedişatının əks istiqamətdə inkişafına gətirib çıxara bilər.
“ABŞ-ın müqavilədən çıxması tamamilə başqa dağıdıcı nəticələr gətirəcək: dünyada strateji vəziyyətin destabilizasiyası, yeni qızğın silahlanma, böyük qarma-qarışıqlıq və dünya siyasətinin gözlənilməzliyi”, - siyasətçi əlavə edib.
O həmçinin əminliyini ifadə edib ki, prezident Donald Trampın qərarı Birləşmiş Ştatlar daxil olmaqla, bütün ölkələr üçün mənfi nəticələrə gətirib çıxaracaq.
Bundan başqa, Qorbaçov şikayətlənib ki, son illərdə ABŞ-da yaranmış kəskin daxili siyasi vəziyyəti nüvə silahının problemləri üzrə danışıqlar da daxil olmaqla, Moskva ilə dialoqun kəsilməsinə gətirib çıxarıb.
Qeyd edək ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.
Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.
Ömər
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki


























.jpg)
.jpg)





