MDB
Putin və Netanyahu görüşdü
Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin görüş öncəsi verdiyi açıqlamada Netanyahuya Yaxın Şərq regionunda vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.
“Yaxın Şərqdə vəziyyəti müzakirə etmək, təhlükəsizlik məsələləri haqqında danışmaq çox əhəmiyyətlidir”, - Putin deyib.
Rusiya lideri belə konsultasiyaların əhəmiyyətini qeyd edib: “Həyat inkişaf edir və yüksək səviyyədə belə konsultasiyaların keçirilməsini tələb edir”.
O həmçinin qarşılıqlı ticarətdə müsbət tendensiyalara diqqəti yönəldib.
Öz növbəsində, Netanyahu ölkələr arasında turistlərin axınına diqqəti yönəldib.
“Hər il təxminən 400 min rusiyalı İsrailə baş çəkir. Və təxminən 200 min israilli Moskvaya gəlir”, - baş nazir bildirib.
Ömər
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib


































.jpg)

.jpg)