MDB
O bölgə xaric olmaqla, Putinə bütün qitələrdən informasiya gəlir - Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidməti həftəsonu və ya bayram günü bilmədən Prezident Vladimir Putinə davamlı bilgi təqdim edir. Antarktida xaric, bütün qitələrdən Putinə informasiya gəlir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin “Russia Today”in baş katibi Dmitri Kiselevə müsahibəsində deyib.
O bildirib ki, keçmişdə xarici kəşfiyyat sahəsində işləyən Putin bu peşənin incəlikləri və xüsusiyyətlərini dərindən bilir və buna görə onunla işləmək böyük zövq verir.
"Putin kəşfiyyat məlumatları üzərində çox diqqətli şəkildə işləyir. Bir professional kimi çalışır, hansı bilginin nə qədər dəyər daşıdığını anlayır, qeydlər götürür. Biz də bu qeydlər üzərində işləyir, dəqiqləşdirir və onun suallarını cavablandırırıq. Əlbəttə, bu işin xüsusiyyətlərini bilən Prezidentlə işləmək çox zövqlüdür”, - kəşfiyyat rəisi qeyd edib.
Qeyd edək ki, V.Putin Leninqrad Universitetinin hüquq fakültəsini bitirdikdən sonra 1975-ci ildə KQB-də işləməyə başlayıb. 1985-1990-cı illərdə Şərqi Almaniyada xarici kəşfiyyat üzrə işləyib. 1991-ci ildə KQB-dən ayrılıb.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
