MDB
Azərbaycanlını qətlə yetirən polisin arvadı yalan ifadə verib - RƏSMİ
Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənci ehtiyatsızlıq səbəbindən qətlə yetirmiş yol polisinin həyat yoldaşına qarşı hədə-qorxu gəlinməsi barədə xəbərlər həqiqətə uyğun deyil.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, hadisəni törətmiş yol polisinin həyat yoldaşı vəkilinin məsləhəti ilə ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün yalan bəyanatla çıxış edib. Əslində isə nə o, nə də qohumları heç kim tərəfindən hədələnməyib.
Rusiya DİN jurnalistləri və bloqerləri vəziyyətdən sui-istifadə etməməyə və rəsmi məlumatlara əsaslanmağa çağırıb.
Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd göstəriblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalısan 19 yaşlı Vəkil Abdullayevin baş nahiyəsindən güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bundan sonra A.Qusyevin həyat yoldaşı azərbaycanlılar tərəfindən hədələnməsi barədə jurnalistlərə məlumat verib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
