MDB
Putin Makronla Qarabağdan danışdı
Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər "Taliban"ın hakimiyyətə gəlməsindən sonra Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
Vladimir Putin Emmanuel Makrona 9 Noyabr 2020-ci il və 11 Yanvar 2021-ci il tarixlərində Dağlıq Qarabağla əlaqədar imzalanan üçtərəfli bəyanatların həyata keçirilməsindəki irəliləyişlər haqqında məlumat verib.
Əlavə edilib ki, bölgədə vəziyyət ümumilikdə sabitdir. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atılır.
Bundan əlavə, ATƏT -in Minsk Qrupu da daxil olmaqla, nizamlanmanın müxtəlif aspektləri üzrə gələcək birgə işlərin aparılması üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.
Prezidentlər Ukrayna və digər region dövlətləri ilə bağlı məsələləri də müzakirə ediblər.
Hüseyn
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər



























.jpg)










