MDB
Moskvada daha bir görüş BAŞA ÇATDI: hansı məsələlər müzakirə olundu?
Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinləri üçtərəfli işçi qrupu çərçivəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini müzakirə ediblər.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yayımlanıb.
"Oktyabrın 20-də Moskvada üçtərəfli işçi qrupunun səkkizinci iclasının birinci hissəsi baş tutdu. Bu görüşdə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirildi və bu çərçivədə görülən işlərin gedişatı müzakirə olundu", - məlumatda deyilir.
Tərəflər həmçinin, səkkizinci toplantının ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, yanvarın 11-də Moskvada üç ölkənin liderləri - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin görüşündə üçtərəfli qrupun yaradılması barədə razılıq əldə edilib. Daha sonra, xüsusilə bölgədəki bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını nəzərdə tutan birgə bəyanat imzalandıb.
Hüseyn
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
