Özbəkistanda prezident seçkiləri başa çatdı - YENİLƏNDİ
Bizi izləyin

MDB

Özbəkistanda prezident seçkiləri başa çatdı - YENİLƏNDİ

Özbəkistanda yerli vaxtla saat 20:00 -da prezident seçkiləri başa çatıb.

Publika.az xəbər verir ki, ölkə üzrə 9 925 seçki məntəqəsi fəaliyyət göstərib. Bunda əlavə, ölkə xaricində 54 dairə və 380 mobil məntəqə də seçicilərin təşkil edilmişdir.

Özbəkistanın Mərkəzi Seçki Komissiyası seçicilərin siyahasına 19,9 milyon vətəndaşın adının salındığını bildirmişdir, bununla belə 400 mindən artıq seçici vaxtından əvvəl səsvermədə iştirak etmişdir. Bu proses oktyabrın 14-dən 20-dək davam edib. Seçici aktivliyi 70 %-dən artıq olub.

Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib.

xxx

15:30

Özbəkistanda prezident seçkilərində səsvermə əhalinin yüksək fəallığı ilə keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzinin rəhbəri Caloliddin Usmanov məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50 faizdən çoxu səs verib.

Beləliklə, 10 milyon 462 min 575 nəfər və ya seçicilərin 52,7 faizi öz səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

xxx

10:00

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Publika.az xəbər verir ki, prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Seçkilərə Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti də müşahidəçi kimi qatılıb. Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə seçkiləri müşahidəçi kimi izləyir.

Azərbaycandan gələn müşahidəçilər gün ərzində bir sıra seçki məntəqəsində olacaq, seçkilərin gedişini izləyəcəklər.

Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.

Özbəkistanda prezident 5 il müddətinə seçilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm