MDB
İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü
Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır.
Publika.az xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqında məlumat şənbə günü səhər saatlarında daxil olub. İlk yanğınsöndürmə və xilasetmə briqadalarının hadisə yerinə çatdığı zaman alov tamamilə evi bürüyüb. Yanğının geniş əraziyə və qonşu binalara keçmə təhlükəsi səbəbindən əraziyə İrkutskdan əlavə qüvvələr cəlb edilib.
Hadisə zamanı evdə 9 nəfər olub, 5 nəfər binadan çıxa bilib. Onlardan biri, evin sahib xəsarətlər alıb, bir nəfər isə təcili yardım maşınında dünyasını dəyişib.
Yanğın faktıyla bağlı cinayət işi qaldırılıb, müvafiq araşdırmalar davam etdirilir.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































