MDB
Latviya ruslara viza verilməsini DAYANDIRDI
Latviya qeyri-müəyyən müddətə ruslara viza verilməsini dayandırır.
Publika.az xəbər verir ki, bu barədə Latviyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
“Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün viza müraciətlərinin qəbulunu qeyri-müəyyən müddətə dayandırıb”, - deyə məlumatda bildirilir.
Yeganə istisna yaxın qohumun dəfn mərasimidir.
Bundan əvvəl Estoniyanın Xarici İşlər naziri Urmas Reinsalu Aİ-də ruslara turist vizalarının verilməsini qadağan etməyi təklif edib. Ukraynaya üç günlük diplomatik səfəri çərçivəsində nazir belə bir tədbirin Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketinə əlavə edilməli olduğunu bildirib və bu məsələni Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edib. O əlavə edib ki, avqustun sonunda hazırlanacaq yeni sanksiya tədbirləri paketi ərəfəsində Aİ-nin digər dövlətləri arasında dəstək axtarır.
Həmçinin bildirilib ki, finlərin yarıdan çoxu Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasının tərəfdarıdır.
Akqabay
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi











.jpg)





.jpg)

















.jpg)

.jpg)