MDB
"PELOSİ BÖHRANI": Çin lideri Özbəkistanda Putinlə görüşmək istəyir
Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində Rusiya prezidenti Vladimir Putin və digər liderlərlə görüşməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Si Cinpinin Putinlə görüş qərarına səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub.
"Cinpinin Səmərqəndə səfəri onun Qərbin Çini cilovlamaq cəhdlərinə qarşı çıxmaq üçün ABŞ-ın müttəfiqi olmayan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətini təsdiqləyir", - məlumatda deyilir.
Həmçinin, Si Cinpin ŞƏT sammiti çərçivəsində Pakistan, Hindistan və Türkiyə liderləri ilə görüşlər keçirməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti 2022-ci il sentyabrın 15-16-da keçiriləcək. Bu sammit İranın 2021-ci ilin sentyabrında təşkilata tamhüquqlu iştirakçı kimi qoşulmasından sonra ilk sammitdir.
Bura ŞƏT-ə üzv dövlətlər, yəni Özbəkistan, Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan və İran daxildir. Əfqanıstan, Monqolustan və Belarus təşkilatda müşahidəçi, Türkiyə isə dialoq tərəfdaşı kimi iştirak edir.
Daha əvvəl Vladimir Putin və Aleksandr Lukaşenko Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Özbəkistana gələcəklərini açıqlamışdılar.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
