MDB
Yeni əraziləri Şurada bu sayda senator təmsil edəcək - TƏSDİQLƏNDİ
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası "Donetsk və Luqansk Xalq Respublikaları"nın ("DXR və LXR"), həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olması haqqında müqavilələri ratifikasiya edib.
Publika.az xəbər verir ki, qərar yekdilliklə qəbul olunub.
İclasda 200 senatordan 153-ü iştirak edib.
Müvafiq müqavilələr bir gün əvvəl Dövlət Duması tərəfindən ratifikasiya edilib və təsdiqlənib. Yeni ərazilərdən Federasiya Şurasına altı senator daxil olacaq.
"DXR" və "LXR" Rusiya daxilində respublika statusunu və özlərinin əvvəlki adlarını saxlayacaq, rus dili rəsmi dil olacaq. Xerson və Zaporojye vilayətləri vilayət olaraq qalacaq. Kreml "DXR" və "LXR"in 2014-cü il sərhədləri daxilində daxil olacağını, Zaporojye və Xerson vilayətlərinin sərhədlərinin isə Rusiyanın “əhali ilə məsləhətləşməsindən” sonra müəyyən ediləcəyini bildirib.
Yeni regionların başçıları qubernator statusu alacaqlar. Rusiya Federasiyasının Prezidenti 10 gün ərzində subyektlərin rəhbərlərinin səlahiyyətlərini icra edənləri təyin etməlidir.
Yeni regionların əhalisi Rusiyaya qəbul edildikləri gündən (30 sentyabr) Rusiya vətəndaşları hesab olunurlar. Onların Rusiya vətəndaşlığından çıxmaqla bağlı ərizə vermək üçün bir ay vaxtı var. Rusiya Federasiyasının yeni ərazilərində rəsmi pul vahidi rubldur, amma 31 dekabr 2022-ci ilə qədər Ukrayna qrivnasından istifadə etmək olar.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı

































.jpg)

.jpg)