MDB
Rusiyadan Ukrayna ilə bağlı ŞOK TƏLƏB: Astana imtina etdi
Rusiya Federasiyası Qazaxıstan hakimiyyətindən Ukrayna səfiri Pyotr Vrublevskini rusların qətli ilə bağlı söylədiyi sözlərə görə ölkədən çıxarmağı tələb edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Astana Moskvanın bu tələbini rədd edib.
Xatırladaq ki, avqustun 21-də ukraynalı diplomat qazaxıstanlı bloger Dias Kuzairova deyib:
"Biz onlardan daha çoxunu öldürməyə çalışırıq. İndi nə qədər çox rus öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaq".
Bu sözlərdən sonra Vrublevski Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona etiraz ediblər. Öz növbəsində ukraynalı diplomat üzr istəyib.
Buna baxmayaraq, Moskva Ukrayna səfirinin ölkədən çıxarılmasını tələb edib, lakin Qazaxıstan yalnız Kiyevdən onun dəyişdirilməsini istəyib, çünki bu cür bəyanatlar böyük rus azlığı olan ölkə üçün qəbuledilməzdir.
Oktyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vrublevskinin Astanada olmasından "qəzəbləndiyini" bildirib.
Öz növbəsində, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aibek Smadiarov Zaxarovanın bəyanatlarına cavab olaraq qeyd edib ki, bu bəyanat Qazaxıstan və Rusiya arasında bərabərhüquqlu strateji tərəfdaşlar kimi müttəfiqlik münasibətlərinin xarakteri ilə uyğun gəlmir.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
