MDB
Astanada AQFET-in sammiti başladı
Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFET) VI sammiti işə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Central Asia" məlumat yayıb.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, forumda 11 dövlətin başçısı iştirak edir. Onların arasında Özbəkistan, Rusiya, Azərbaycan, İraq, İran, Qətər, Qırğızıstan, Fələstin, Tacikistan, Türkiyə, Vyetnam və Çin liderləri var.
Belarus prezidenti Aleksandr Lukaşenko sammitdə müşahidəçi qismində iştirak edəcək.
AQFET 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə yaradılmış dövlətlərarası forumdur. Onun fəaliyyəti dialoq, qərarların qəbulu və Asiyada təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün şəraitin yaradılmasına yönəlib.
AQFET üzvləri regionun 27 dövlətidir. Forumda müşahidəçi qismində səkkiz ölkə və beş beynəlxalq təşkilat iştirak edir.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
